Sponsor 2
Trend Mövzular
Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
Faciəvi olan pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.
- Martin Lüter Kinq
Bir kişi üçün ən böyük faciə onun xaraktersizliyi ola bilər.
- Sergey Dovlatov
Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
- Bencamin Franklin
Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası.
- Oskar Uayld
Neçə insan gördüm ki,əynində libası yox,
Neçə libas gördüm ki,içində insan yox...
- Mövlana
Eyni bir şeyə faciə kimi baxıb əzab çəkmək, eyni zamanda adi, hətta pozitiv də baxmaq olar.
- Lev Tolstoy
Həyatı faciəvi edən insanlardır.
- Peyami Safa
Dürüst insana edilən ən böyük haqsızlıq onu şərəfsizlikdə günahlandırmaqdır.
- Uilyam Şekspir
Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir.
- Blez Paskal
Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı.
- Frensis Bekon
Böyük yüksəliş və enişlərin dolu olan bir həyat!
Böyüklük və faciənin bir-birinə qarışdığı bir həyat!
- İvo Andriç
Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duya bilənlər yaşayırlar.
Həyatda gülünc olan hər şeyi altında bir faciə yoxdur ki?
- Ömər Seyfəddin
Həyat hisslərlə yaşayanlar üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır.
- Şarl Lemel
Müharibə - bu, başqalarının maraqları naminə tamamilə günahsız insanların məhv olmasıdır.
- Uinston Çörçill
Mənə bir qəhrəman göstər, sənə bir faciə yazacağam.
- Frensis Skott Fitscerald
Bəzən bir millətin qələbəsi, digər bir millətin faciəsi olur.
- Səbuhi Quluzadə
Zülüm, Təqva libasına büründüyü an,
Tarixdəki ən böyük faciələr meydana gələr.
- Əli Şəriəti
Başında şir duran qoyun sürüsü daha qorxuncdur, nəinki başında qoyun duran şirlər.
Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvandan da təhlükəlidir.
- Aristotel
Qanunun bitdiyi yerdə zülm və haqsızlıq başlayır.
- Uilyam Pitt
Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
- Aristotel
Deməli, insan alçaldıqca heyvandan daha vəhşi ola bilir.
Bir yerdə günahsız uşaqlar öldürülürsə, orda ölən yalnız uşaqlar deyil, həm də insanlıqdır.
- Səbuhi Quluzadə
Günahsız insanların çoxunu öz günahlarından xəbəri olmayanlar cəzalandırır...
- Cəmil Sənay
Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır.
- Əbu Turxan
Haqsızlıq qarşısında susan da şərin şərikidir.
- Səbuhi Quluzadə
İnsan, ilk dəfə torpağın ətrafını hasarlayaraq "Burası mənimdir." dediyi gündən başlayaraq doğru yoldan uzaq olmuşdur.
O gündən bəri cinayət və faciə dolu günlər bir-birini qovalamışdır.
Sonrasında isə sivilizasiya adlanan bu süni düzən qurulmuşdur.
Bizi bunlar yox edə bilər:
prinsipsiz siyasət, vicdan hissindən məhrum əyləncə, işsiz zənginlik, bilgili amma xaraktersiz insanlar , əxlaqsız biznes, insanlıqdan uzaq elm və fədakarlıq etməyən din...
- Mahatma Qandi
Həyatın faciəvi tərəfini hiss etsələr, görən bu laqeyd insan sürüləri bu qədər gülə bilərlər mi?
- Xalid Ziya Uşaklıgil
Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır.
- Platon
Ölüm qorxunc bir şeydir amma insan əgər ölməyi bacara bilməyib sonsuza qədər yaşasaydı bu daha qorxunc olardı.
- Anton Çexov
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!
- Nizami Gəncəvi