Bəzi şeylər doğrudur, bəziləri isə yanlış..
Heç şübhəsiz, əzəldən bəri bu belədir.
Nifrət pisdir, hər zaman yanlış olub və hər zaman yanlış da olacaq.
Dünyada edilmiş olan hər şey bir ümidlə edilmişdir.
İnsanlığı ucaldan hər iş, şərəfli və önəmlidir.
Mükəmməl bir şəkildə edilməlidir..
Sevgi bu dünyanın əbədi gücüdür.
Məhz bu yaradıcı güc ,İnsanların sülh və əmin-amanlıqda yaşaya bilməsi üçün ən
güclü vasitədir.
Sevgiyə bağlı qalıb yaşamağa qərar verdim.
Çünki, nifrətlə yaşamaq çox ağır bir yükdür.
İnsanlığı, sevginin gücü xilas edəcək.
Bizi xilas edəcək sevginin gücünü kəşf etməliyik.
Və biz bunu kəşf etdikdən sonra, bu qoca dünyadan yeni bir dünya yarada bilərik.
Zülmətə zülmətlə qalib gələ bilmərsən -
Bunu ancaq nur edə bilər.
Nifrətə nifrətlə üstün gələ bilmərsən -
Bunu ancaq sevgi edə bilər.
Nifrət həyatı məhv edirsə, sevgi azad edir.
Nifrət həyatı daha mürəkkəb edirsə, sevgi daha harmonik edir.
Nifrət dünyanı zülmətə bürüyürsə, sevgi həyatı aydınlığa doğru götürür.
Uşaqlar irq və din nədir bilməzlər, insanlara qarşı ayrı-seçkilik etməzlər. Meyarları sadəcə sevgidir. Nifrəti böyüklərdən öyrənərlər.
Dik bir duruş sərgiləyib, azadlığımız üçün çalışmalıyıq.
Əgər biz başı dik dursaq, onda heç kim boynumuza minə bilməz!
Bir insanın uğrunda ölə biləcəyi bir şeyi yoxdursa, onun yaşamağa haqqı da yoxdur.
Əgər mənə desələr ki, sabah dünyanın axırıdır, mən bu gün də ağac əkərəm.
İnanılmaz böyük işlər görməsəm də,kiçik işləri belə tam fərqli bir şəkildə edə bilirəm.
Əgər sizdən küçələri süpürməyiniz istənilirsə, Michel Angelonun rəsim çəkdiyi, Beethovenin bəstə, Şeksıirin şeir yazdıqı kimi süpürün.
Bir xəyalım var:
Gün gələcək, dörd kiçik övladım dərilərinin rənginə görə deyil, xarakterlərinə görə dəyər verildiyi bir ölkədə yaşayacaqlar.
Bir insanın dəyərinin əsl meyarı,
problemsiz zamanlardakı rəftarı deyil, münaqişə və mübarizə anındaki duruşudur
Uça bilmirsənsə qaç.
Qaça bilmirsənsə, yeri.
Yeriyə bilmirsənsə sürün.
Nə olursa olsun, irəli getməyə məcbursan.
Hər şey bitdikdən sonra , düşmənlərimizin sözləri deyil, dostlarımızın səssizliyi xatırlanacaq..
Üsyan, səsinə haray verilməyən insanların dilidir
Önəmli olaylara qarşı səssiz və laqeyd qaldığımız gün bu həyat bizim üçün başa çatır.
Bir yerdəki haqsızlıq, ədalət üçün hər yerdə təhlükədir.
Zehin əsir olduğu müddətcə, bədən əsla azad ola bilməz. Psixoloji azadlıq və sağlam iradə ,əsarətə qarşı ən təsirli silahlardır
İnsanlar əsasən bir-birlərindən qorxduqları üçün bir-birlərinə nifrət edirlər. Çünki, bir-birlərini tanımırlar.
Tnımamalarının səbəbi, birgə ünsiyyətdə olmamalarıdır.
Və bir-birləri ilə ünsiyyət qura bilmirlər, çünki siniflərə bölünüblər
Nifrət insan şəxsiyyətini çürüdərək onun ömrünü bütünlükdə yeyib bitirər..
Əsla unutmayın ki, Adolf Hitlerin Almaniyada etdiyi hər şey, dövlətin qayda-qanunlarına uyğun idi...
Şiddət əxlaqa ziddir, çünki, sevgi yerinə nifrət üzərindən yol alır, və toplumu məhv edərək insanlar arasındakı qardaşlığı qeyri-mümkün edir.
Faciə pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.
Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.
Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənə bilmədik!