-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Malkolm X - Tarixdə İz Qoyan Sözləri

 Dinləməyi bacarmaq da bir sənətdir.

Birisi danışarkən onun səsinin axarını ürəkdən dinləyirəm. Beləcə onun səmimi

malkolm-x-sozleri-malcolm-x-haqqinda-nesihet-ornek-olmaq-aforizmler-meshurlar


Təhsilli biri deyiləm, hər hansı bir sahədə peşəkarlığım da yoxdur... Lakin səmimi biriyəm və mənim səmimiyyətim mənim kimliyimdir.


Saçlarımıza göstərdiyimiz diqqət və qayğını başımıza göstərsəydik min qat daha yaxşı durumda olardıq.


Birini qınamaqda tələsmə! Sənin keçdiyin yolları keçməmiş və sənin qədər düşünməmiş ola bilər. Unutma ki, sən də bir zamanlar indi bildiyin şeylərdən xəbərsiz idin.


Kitablar zehnin vitaminidir.


Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır.


Tarixi dəyişə bilənlər, ancaq və ancaq özü barədə düşüncələrini dəyişməyi bacarmış insanlardır.


Sizə qarşı heç bir tənqid/mühakimə yoxdursa, çox böyük ehtimal ki, hər hansı bir müvəffəqiyyətiniz yoxdur.


Əgər hər hansı bir məqsəd üçün ayaqda deyilsinizsə, hər zərbə sizi yerə sərə bilər.


Yanlış  yanlışdır, kimin söylədiyi önəmli deyil.


Bir insanın düşünməyə ehtiyacı varsa, gedə biləcəyi ən yaxşı yer, məncə universitetdən sonra həbsxanadır.


Hüzuru azadlıqdan ayırmaq olmaz, çünki heç kim azadlığa sahib olmadan hüzur içində ola bilməz.


Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü, zülm edənlərin gücündən daha çoxdur.


Azadlığı əldə etməyin tək yolu dünyadakı bütün əzilmiş xalqların haqqlarını tanımaqdan keçir. 


"İslama söyməkdən başqa" işi olmayanlar, fikrin deyil, "islama söymə" azadlığını istəməkdədirlər.


İnsanlar bir adamın həyatının tək bir kitabla dəyişə biləcəyinə inanmaq istəmirlər.


Sən Allahla bərabər olduğun müddətdə, O daima varlığının işarətlərini sənə hiss etdirər.


Böyüklük Allaha məxsusdur, mənim olan tək şey isə günahlarımdır.


Bizə qalmayacaq dünya üçün bizə qalacaq günahlar edirik.


Əgər sən, sənə aid olan bir şeyi əldə etmək üçün onun ardınca gedirsənsə, sənə mane olan hər kəs; kim olursa olsun günahkardır.


Həyatımın erkən dönəmlərində anladım ki, bir şeyi əldə etmək istəyirsənsə biraz səs-küy salsan yaxşı olar.


Müsəlmanca yaşamın olmadığı bir yerdə, əlbəttə ki, müsəlmanca ölmənin bir yolu vardır.


Mənim dinim mənim şəxsi mövzumdur. O mənim şəxsi həyatımı və əxlaqımı yönləndirir. Və mənim din fəlsəfəm, mənimlə inandığım Tanrı arasındadır; eynilə digərlərinin din fəlsəfəsinin onlar və inandıqları Tanrı arasında olduğu kimi. Ən gözəl olanı da budur.


Müsəlmanlara görə çox humanistəm, digərlərinə görə çox qatı bir dindaram.

Milliyətçilərə görə çox mülayim biriyəm, mülayim olan insanların gözündə isə həddən çox milliyətçi biriyəm.


Əgər demokratiya azadlıqdırsa, onda niyə bizim insanlarımız azad deyil.

Əgər demokratiya ədalətdirsə, onda niyə biz ədalətə sahib deyilik.

Və əgər demokratiya bərabərlikdirsə, onda axı niyə biz bərabər deyilik.

Demokratiya ikiüzlülükdür..


Arxama heç baxmadım, baxmaram da, sadəcə tez-tez yanıma baxaram, çünkü xəyanət edəcək kimsələr burdadır


Yeni bir millətin doğuşu qadınla başlayar.

Çünki Ana, övladın ilk müəllimidir.

Və onun uşağa öyrətdiklərini, uşaq dünyaya öyrədər.


Təhsil, bizim gələcəyə biletimizdir.

Çünki Gələcək, bu gündən ona hazırlaşana aiddir.


Doğru təhsil olmadan, bu dünyada heç nə edə bilməyəcəksiniz.


Mən irqçi biri deyiləm, hər növ irqçiliyin, hər növ ayrı-seçkiliyin əleyhinəyəm. Mən insanlara rənglərindən asılı olmayaraq hörmət etməyin lazım olduğunu düşünürəm.


Ağ insan savaşdı, biz (qaralar) öldük.


Yaxşı qara və yaxşı ağ insan olmaq kimi bir durum yoxdur. Yaxşı və ya pis insanlar vardır.


İrqçilik ideoloji bir düşüncə deyil, əksinə psixoloji xəstəlikdir.


İrqçilik olmadan kapitalizm də olmaz.


Mənə bir kapitalist göstərin, mən də sizə bir qan içən göstərim.


Əgər uğrunda ölməyə hazır deyilsinizsə, "azadlıq" sözünü lüğətinizdən çıxarın.


Bəzi ölülər yaşayanlardan daha yüksək səslə danışarlar.


Kimsə sənə azadlığını verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan!


Mən həqiqətin izindəyəm, kimin söylədiyi önəmli deyil. Mən ədalətin izindəyəm, kimin üçün və ya kimə qarşı olduğu önəmli deyil...


İstər silah mərmisi olsun, istərsə də seçki qutusu..

İnsan yaxşı nişan almalıdır: 

Kuklanı deyil, kuklaçını vurmalıdır.


Əgər diqqətli olmasanız, media məzlumlardan nifrət etmənizə, və zalimləri sevmənizə səbəb olar.


Bütün yatmışları oyatmağa oyaq olan bir nəfər belə yetər..


>
To Top