Əvvəlcə sevgini anlayaq.
- Şəms Təbrizi
Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.
- Konfutsi
Həyat...Kiminə görə bir tapmacadır.
Özünü tapmaq...Yaradanı tapmaq...Həqiqəti tapmaq...Tapdığını anlamaq və anlatmaq...
- Səbuhi Quluzadə
Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir.
- Yohann Volfqanq Höte
Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir .
- Anton Çexov
Oxuyub anlamaq, bilmək gərəkdir.
Çünki insan, ən çox bilmədiyinə düşməndir.
- Cəmil Meriç
Düşməninizin nədən qorxduğunu anlamaq üçün, sizi nə ilə qorxutduğuna baxın.
- Erik Hoffler
Həyatda heç bir şeydən qorxmayın sadəcə; hər şeyi anlamağa çalışın.
- Mariya Küri
Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit.
- Cübran
Bir insanın keyfiyyətini anlamaq istəyirsinizsə, verdiyi suallara baxın.
- Ergün Gülər
Hamı ağılla anlamağa çalışır.
Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır.
- Dədə Turxan
Məhəbbət könül səslərinin harmoniyası, ürəklərin bir-birini anlamasıdır.
- Corc Bayron
Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir.
- Cübran
Sənə baxmaq bir möcüzəni anlamaqdır. -Yılmaz Ərdoğan
Birinin məni anlaması, məni sevməsindən daha gözəl...
Səni sevməkdən əvvəl anlamaq istəyərəm. Səni bir həyat bitirmək deyil də, Sənə həmişə yenidən başlamaq istəyərəm. - Özdəmir Asaf.
Bir oğlanla xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qızla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.
- Paulo Koelyo
Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır.
- Oskar Uayld
Qadınlar anlamaq üçün yox, yaşanmaq üçündür. Yaşanacaq qadın tapdınızsa, anlamaq üçün vaxt itirməyin.
- Robin Şarma
Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım.
- Mövlana Cəlaləddin Rumi
Bir sevgini anlamaq, bir ömür xərcləməkdir... Xərcləyəcəksən!
- Özdəmir Asaf
Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!
- Nazim Hikmət
Bəziləri “bəsdi artıq çıxart onu ağlından” deyirlər. Siz də ağlınızla deyil, qəlbinizlə sevsəydiniz anlayardınız məni.
- Camal Sürəya
Anlamaq üçün dinləmirik, cavab vermək üçün dinləyirik.
Ən böyük problemimiz də budur.
- Anonim
Ürək təmiz olmayanda dediklərini anlamaq olmur.
- Əbu Turxan
Sənin tərəfində olanların da, sənə qarşı olanların da heç bir dəyəri yoxdur; səni anlamadıqca.
- Özdəmir Asaf.
Anlamadığın şeyə sahib ola bilməzsən.
- İohann Volfqanq Höte
Sevməyi bilənə çox yaxın olan, ağlı ilə anlamaq istəyənə o qədər uzaq və gizlidir Allah.
- Aleksis Karrel
Gözəlliyi anlamaq üçün bir dəfə baxmaq yetər, bir qərara gəlmək üçünsə çox düşünmək lazımdır.
- Emil Zolya
İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır.
- Pablo Pikasso
Bir şeyi anlamaq üçün onu düzəltmək lazımdır.
- Sofokl
İstedada şəfqət göstərmək, onu anlamaq lazımdır.
- Fyodor Dostoyevski
Təhsil bizə əzbərləməyi deyil, düşünməyi və anlamağı öyrətməlidir. Əks təqdirdə, bilgili cahillər yetişdirməkdən başqa bir işə yaramayacaqdır.
- Səbuhi Quluzadə
Oxumaq hələ azdır, əsas iş nəyi oxumaq və oxuduğunu necə anlamaqdır.
- Konstantin Uşinski
Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.
- Maksim Qorki
Təvazökarlıq öz gerçək dəyərini anlamaqdır.
- Anatol Frans
Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.
- Oşo
İnsanın əsl böyüklüyü öz miskinliyini anlamaqdan ibarətdir.
- Artur Konan Doyl
Nümunəvi insanlar ədaləti anlar. Ədaləti anlamayan ədalətsiz olar.
- Konfutsi
Yalnız vəzifəni yerinə yetirməyə hazır olmaq kifayət deyil, onu dərk edib anlamaq da lazımdır.
- Fransua Gizo
Bugünkü Qərb sivilizasiyasının mayası qədim Yunan elm və fəlsəfəsidir. Bu elm və fəlsəfənin əsası nədir? İnsan ağlı; soruşmaqla bilmək, anlamaq, izah etmək və şərh etməkdə sərbəst olmaq.
- Falih Rıfkı Alay
Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun.
- Fyodor Dostoyevski
Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür.
- Maksim Qorki
Bu günü anlamaq üçün keçmişi bilməlisiniz.
- Karl Saqan
Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır.
- Karl Marks.