-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Varlıq Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

varliq-haqqinda-esq-sevgili-heyat-nizami-gencevi-yaradilis-aforizmler-ve-sozler

 

Varlıq eşq üzərində qərar tutur.
- Nizami Gəncəvi

Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.
- Anri Barbür.

Dünyanın misli bərabəri olmayan Varlığı, yaranışın əsl möcüzəsi anadır.
Təbiətin ən böyük möcüzəsi anadır.

Özündə bir məna axtaran yeganə varlıq insandır.
- Alber Kamü

Ancaq insan öz mənasını varlıqda tapır, varlıq da öz bütövlüyünü və mənasını insanda tapır. 
Haydegger

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır.
- Çarlz Bukovski


Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır.

Həyatda heç bir zaman başqasına bütün Varlığınla güvənmə, çünki heç kim sənə bütün vaqlığı ilə görünməz.

Ayrı-ayrı bir əxlaqsız varlıq olan kəslər, birgə  olduqları zaman namuslu olarlar.

Yaşayan Varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin.
- Quatama Budda 

Şüurlu varlıq olduğu üçün insan yer üzünün əşrəfi sayılır. Göy üzünə isə o yalnız şüurundan azad olarkən yüksələ bilər. Əbu Turxan

Varlığımızın böyük sirlərini hələ açmaq lazımdır. Hətta ölüm belə son olmaya bilər.
- Nikola Tesla

Allah qatında insandan üstün heç bir varlıq yoxdur. 
- Məhəmməd

Gördüklərim, görmədiyimin varlığına inanmağa məcbur edir.
- Ralf Uold Emerson

Varlıqda varlığı yaradanın varlığı var.
 - Mənsur Həllac.

Tanrının Varlığı, bir həqiqəti ifadə edən həndəsi teoremlərdən daha həqiqidir.


Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı. - Xudu Məmmədov

İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar.

Varlıq dalğalar şəklində qabaran bir dənizdir. Adi gözlə görünən isə yalnız dalğalardır. - Əbdürrəhman Cami.

Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. 
Mövlana Cəlaləddin Rumi

Sonsuz hissin sonlu varlığa yönəldilməsi sözün müstəqim mənasında məcnunluqdur. Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük ...
- Əbu Turxan

Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür.
 - Platon

"Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir. Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur." 
- Əbu Turxan

Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...
- Ömər Xəyyam

Bəzən düşünürəm...necə də qəribə varlıqlarıq..
Hamımız ömrümüzün qısalığından şikayət edirik, ancaq ömrümüzün gününü  bir an içində və fərqinə varmadan boşuna  xərcləmək üçün nələr etmirik ki?

İnsanlar sevilmək üçün, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Dünyadakı xaosun səbəbi; əşyaların sevilməsi, əşyaların isə istifadə edilməsidir.
- Cəmil Meriç 

>
To Top