Dürüstlük bahalı bir mülkdür, ucuz insanlarda olmaz. -Onore de Balzak
Böyük insan olmaq yolunda atacağınız ilk addım, dürüst olmaqdır. - Samuel Conson
Bir insanda əsas 3 şeyi axtarın:
zəka, qəlb və dürüstlük. Əgər axırıncısı yoxdur, digər ikisini boş verin. - Warren Buffet
Dürüstlük, insanın ən dəyərli mirasıdır. - Anonim
Səmimiyyət gözlərdən, dürüstlük sözlərdən bəlli olar. - Anonim
Dürüstlük almaz kimidir : aydınlıqda daha yaxşı parıldayar və dəyəri daha yaxşı bilinər.
Doğruluq, sonsuzluğun günəşidir. - Wendell Phillips
Dürüstlük həm də bir mədəniyyətdir.- Yohann Volfqanq Höte
Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. - Lev Tolstoy
Dürüst olduğun üçün bəzi şeyləri itirə bilərsən. Amma bu, yalan danışıb utanmaqdan yaxşıdır. - Çarlz Bukovski
Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmarsan.- Mark Tven
Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir.- Lüdviq Feyerbax
Dürüst olmaqdan qorxma. Çünki, itiricəyin sadəcə yanlış insanlar olacaq. - Anonim
Yalan zəkanın, dürüstlük isə cəsarətin işidir.
Əgər yalan söyləmək zəkana uyğun gəlmirsə, cəsarətindən istifadə edib dürüst olmağı sına. - Viktor Hüqo
Dürüst bir insan həmişə uşaq qalar.- Sokrat
Dürüstlük hikmət kitabının birinci fəslidir.- Tomas Cefferson
Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma.- Cəfər Sadiq
Ən xırda şeylərdə belə dürüst olmaq lazımdır. - Maksim Qorki
Gözəlliklə birləşən dürüstlük, şəkərə bal əlavə etmək kimi bir şeydir.- Uilyam Şekspir
Sözlər çoxaldıqca sözün dəyəri, təsiri və doğruluq payı da azalır... - Anonim
Dürüst insanların çoxlu dostları olmaz. Çünki, yaltaqlıq etməyi bacarmazlar. - Anonim
Dürüstlük sizə çoxlu dost qazandırmaz, amma həmişə yaxşı dostlar qazandırar.- Con Lennon
Dürüstlük və səmimiyyət həm kişilərin, həm də qadınların ən yaxşı bəzəyidir. - O.Henri
Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz. - Abbasqulu ağa Bakıxanov
Dürüst bir qadının gözəlliyi atəşə bənzər: Yaxınlaşmayana heç bir zərəritoxunmaz. -Migel de Servantes
Qadınları xoşbəxt etməyin 20 yolu deyə bir sıra lazımsız xəbərlər çıxır. Bir bənd açıqlayıram: Dürüst olun yetər. - Turqut Uyar
Dürüst insanlar, incidiyi zaman heç nə söyləmədən uzaqlaşıb gedərlər.. - Frederic Amiel
Yaxşı, dürüst və doğru insanlar itirməzlər, itirilərlər. - Peyami Safa
Dahi insan həm də dürüst olandır. Dürüst olmayan birisi, dahi ola bilməz. - Səbuhi Quluzadə
Dürüst insana edilən ən böyük haqsızlıq onu şərəfsizlikdə günahlandırmaqdır. - Uilyam Şekspir
Özünüzə qarşı dürüst olun. Bu – azadlıqdır. Özünüzü aldatmayın. - Barie Devanport
Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək.- Özdəmir Asaf
Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.- Ceyn Ostin
Əgər birisi sizə 'dürüst insan yoxdur' deyərsə, onda onun bir hiyləgər olduğuna inana bilərsiniz. - George Berkeley
Dürüst insanın davranışı həmişə fırıldaqçıları narahat edir. - Jan Jak Russo
Dürüstlük ən yaxşı siyasətdir.- Miquel de Servantes
Siyasətdə keçmişdən bu günə yalanla qələbə qazanılıb. Amma siyasət meydanındakı ən böyük son zəfər dürüstlüklə qazanılacaq..- Səbuhi Quluzadə
Mən sərvətləri artdıqca dürüstlükləri də artan insanlar görmədim.- Tomas Cefferson
Dürüst insan, söylədikləri ilə etdikləri bir olmadıqda bundan utanc duyar. - Konfutsi
Yaltaqlığın təmin etdiyi mənfəət, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa, o ölkə batar.- Şarl Lui Monteskyö
Böyük oğrular həmişə dürüst insanlar kimi görünürlər. Bir fırıldaqçı kimi görünən şəxsin dürüst insan olmaqdan başqa çarəsi olmadığını yaxşı başa düşürsünüz; əks təqdirdə, onu dərhal həbs edəcəklər. Ona görə də ilk növbədə dürüst sifətlərə diqqət yetirmək lazımdır.- Jül Vern
Hər kəsin başqası kimi olmağa çalışdığı bir dünyada, sən cəsarətlə və dürüstcə olduğun kimi ol.- Anonim
Mükəmməl bir həyat istəmirəm.
Dürüst insanlar, səmimi Salamlar, ürəkdən gülümsəmələr olsun yetər.