-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Unutmaq Haqqında Aforizmlər, Unutmağa Aid Sözlər

Unutmaq-haqqinda-aforizmler-unutmaga-aid-sozler-unut-meni-unutdum-bagislamaq-cesur

 


İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.

 - Oşo 


Axmaq insan nə bağışlayar, nə dəki unudar. Saf insan bağışlayar və unudar. 

Müdrik insan isə bağışlayar ancaq unutmaz.- Thomas Szasz



Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək. Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.


 Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün.


İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü. - Loğman Həkim


Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi. - Həzrəti Əli;


Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. - Əbu Turxan


Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi.- Konfutsi

Unutmaq Haqqında Aforizmlər, Unutmağa Aid Sözlər ,unutmaga aid statuslar unutdum unuduram
Unutmağa Aid Sözlər 


Həyatımızı xatirələrlə tərif edərik.

Bizi biz edən unutmadığımız xatirələrdir.- Rememory 


Xatirələr həyatı gözəlləşdirə bilərlər, pamma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. - Onore de Balzak


Sən bildiyim kimi qalmadın, amma mən unutduğun kimiyəm hələ. - Murathan Mungan


Bir gün səni Unutmaq məcburiyyətində qalsam, eşqimin kiçikliyinə yox, çarəsizliyimin böyüklüyünə inan.


O yoxkən "xeyr sevmirəm, unutdum" deyib, onu görəndə əlin ayağın bir-birinə dolanırsa aşiqsən deməkdir. - Can Dündar


 Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə. - Erix Mariya Remark 


Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. -Viktor Hüqo


Xəyanət insanın öz öhdəliklərini “unutmasıdır”. - Əbu Turxan


Kasıb ailələrdə Ana həmişə tox olur, Ata isə həmişə unutqan...


Cibində pul var ikən sadəcə sən kim olduğunu unudarsan, ancaq cibində pul yoxdursa bütün dünya sənin kim olduğunu unudar. Budur həyat - Bill Qeyts 


Bil ki, geridə qoyduqların irəliləmənə mane olacaq. Unutma, irəli gedə bilmək üçün, arxadakıları unutmaq lazımdır. - Adam Faver


Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. - Xəlil Cibran


Zamanın unutdura bilməyəcəyi xatirə, ölümün dindirə bilməyəcəyi acı yoxdur.-Miqel de Servantes


Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.- Anton Çexov


Unutma; "Onu artıq unutdum" demək, bir dəfə də xatırlamaqdır əslində.- Can Yücəl


Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.- Jan de Labrüyer


Bəzən çətindir dönmək, ya da hər şeyi unudub getmək. Anladım ki, insanı ən ağrıdan şey; sevilmədiyini bildiyi halda dəlicəsinə sevmək. - Can Yücəl 


İnsanlar söylədiklərinizi və etdiklərinizi unudar; amma onlara nə hiss etdirdiklərinizi əsla unutmazlar. 


Kiminlə güldüyünü unuda bilərsən; Amma kiminlə ağladığını əsla. - Milan Kundera


Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar. - Uilyam Şekspir


İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz. -Nitzşe.


Birini sevəcəksənsə, onu hər şeyinlə sevmə. Çünki bitdiyində; onu unuda bilməməyinə deyil, unuda bilməyəcək qədər çox sevdiyinə yanarsan. - Can Yücəl


Düşmənlərinizi bağışlayın,   amma adlarını unutmayın. -  Con Kennedi


Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur.


Axmaq insan nə bağışlayar, nə dəki unudar. 

Saf insan bağışlayar və unudar. 

Müdrik insan isə bağışlayar ancaq unutmaz.- Thomas Szasz


Ağacdan düşən necə qurumağa məhkumdursa, könüldən düşən insan da elə unudulmağa məhkumdur. - Nəcib Fazil Qısakürək


Vaxt lazımdır sadəcə, unudacaqsan! Necə unutdunsa uşaqlığını, qırılan oyuncaqlarını. Qırılan ürəyini də elə unudacaqsan.- Camal Süreya


Mən sadəcə günəşə baxmaqla fırtınaları unutdum. - Paulo Koelyo


Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. - Əbu Turxan


Amandır ağlını unutma ki, sən

Gülü tikana dəyişməyəsən. - Nizami Gəncəvi


Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər. - Konfutsi


Şərəflə ömrünü sərf et maarif uğrunda;l Gözətlə izzəti-nəfsin, unutma vicdanın- Əliağa Vahid


Torpağı qazıb onu becərməyi unutmaq özümüzü unutmaq deməkdir.- Mahatma Qandi


Döyüşdə böyük zülmə uğradınız. Zalımları bağışlayıb bağışlamamaqda sərbəstsiniz. Nə edirsiniz edin, amma soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanar. - Aliya İzzetbeqoviç


Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. - Santayana.


Və yaxşılıq etməyi unutmayın. Təvazökarlığın kiçik bir hissəsi ətrafınızdakı insanlar ilə möcüzələr yarada bilər.- Barie Davenport


Unudulmaz insanlardan olmaq istəyirsənsə, məqsəd və arzularını unutmadan hər gün ümidlə çalışmalısan.- Səbuhi Quluzadə


Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.- Viktor Hüqo


 İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. 

Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri. - Oskar Uayld 


Maddi dünyanın «sifarişlərinə» həddindən artıq aludə olanda insan öz ruhani başlanğıcını unudur. - Əbu Turxan


Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar. -  Lev Tolstoy


Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. - Səməd Vurğun


Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla. Çünki həyat çox qısadır. - Anonim

>
To Top