-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Həqiqət Haqqında Aforizmlər Və Sözlər

 Böyük həqiqətlər ən sadə olanlardır. - Lev Tolstoy


Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. - Frensis Bekon

Heqiqet-haqqinda-aforizmler-heqiqete-aid-sozler-sir-dogru-haqq


Könül aynası saf  olmalıdır ki, həqiqət sirlərini görsün. -   Mövlana


Hamı ağılla anlamağa çalışır.

Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır.- Dədə Turxan


Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir.- Anri Barbüs


Bir həqiqət o birini aydınladır. - Cordano Bruno


Hər qaranlıqda çırpınır bir nur, 

Hər həqiqətdə bir xəyal uyuyur. 

- Hüseyn Cavid 



Xatirə keçmişin həqiqəti, ümid isə gələcəyin xəyalıdır.- Anonim


Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq qeyri-mümkündür.- Fridrix Nitsşe


Səhvini qəbul etmək, yeni bir həqiqətin fəthiylə zənginləşməkdir. - Cəmil Meriç


Həqiqəti sevən yad adamı yalançı və ikiüzlü  qohumlarından üstün tut.


Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbirli ol. - Volter.


Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir. - Uilyam Folkner


Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər.- Anatol Frans


Təkbaşına qalın, bu sizə düşünmək və həqiqəti tapmaq üçün zaman verəcək.


İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır. - Pablo Pikasso


Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur. - Maksim Qorki


İnsan həqiqətə qovuşanda mənən saflaşır. -Əbu Turxan


Həqiqəti söyləmək yox, başa salmaq çətindir. - Cəlaləddin Rumi.


Müəllim həqiqəti heç zaman deməməli, hər bir şagirdin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır. Yaxşı müəllim ancaq katalizatordur.- Brüs Lii


İnsan özünü həqiqətin zirvəsinə qaldırmaq əvəzinə, həqiqəti öz səviyyəsinə endirir.- Rene Qenon


Böyük həqiqətləri görə bilmək üçün qəlbin alışıb-yanması, ətrafı nurlandırması tələb olunur. - Əbu Turxan


Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.- Ziqmund Freyd 


Kainatın ruhu həqiqətdir. - İbn Sina


Həqiqət eşqdə nazil olsa da, Hərf və məna libasına büründü. - Ənvar Qasimi


Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir, Zülmətdə gördüklərin , sanma ki, bir həqiqətdir. - Əbu Turxan


Həqiqət uğrunda yaşamağı özlərinə qayə edənlər ölümdən çəkinməməlidirlər. -Mahatma Qandi


Hər kəs ölür, ancaq hər kəs həqiqətən yaşamır. - Cəsur Ürək


Həqiqəti sizə olduğu kimi göstərməyən nəfsinizə qulaq asmayın, çünki o qorxaqdır. Qorxaqlar isə yaxın yolu uzaq kimi göstərərlər.- Rövşən Abdullaoğlu


Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.- Xalid Hüseyni


Sən eşitdiklərinə inanırsan; söylənməyənə inan! Çünki insanın səssizliyi, sözlərdən daha yaxındır həqiqətə. - Xəlil Cibran


Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin.- Blez Paskal


Biz Cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük Cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.- Atatürk


Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir. - Hüseyn Cavid


Mən həqiqətin dostuyam amma heç də onun məzlumu olmağı arzu etmirəm.- Volter


Yaradandan uzaqlaşan, Yaradanı axtarmayan insan nə özündə, nə də özündən kənarda həqiqəti tapa bilməz.- Blez Paskal


Tanrının Varlığı, bir həqiqəti ifadə edən həndəsi teoremlərdən daha həqiqidir. - Rene Dekart 


Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən başqa heç bir möcüzə yoxdur. - Moris Meterlink


Elmlər insan ruhunun gözünü  təmizləyir və yenidən açır. Ruhun gözü min dənə  adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə  həqiqəti görmək mümkündür. - Platon 


Elm mahiyyət etibarilə həqiqət axtarışıdır.

- Fransua de Laroşfuko


Dünyanın həqiqətləri elm dilində,   insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. - Dədə Turxan


Fəlsəfi həqiqətlər səmanın ənginliyindədir; ona ancaq fikrin qanadlarında çatmaq olar. Dini həqiqətlər isə qəlbin dərinliyindədir. Onlara çatmaq üçün özünə dalmaq, təlqin tələb olunur. - Dədə Turxan


Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. -Emil Zolya


Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz.- Volter


Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün. - Mişel de Monten


Yalana oxşayan həqiqət həqiqətə oxşayan yalandan daha təhlükəli ola bilər. -Qabusnamə


Yalan nə qədər qüdrət sahibi olsa da əsla həqiqət ola bilməz.  - Rabindranat Taqor


Mən həqiqətin izindəyəm, kimin söylədiyi önəmli deyil. Mən ədalətin izindəyəm, kimin üçün və ya kimə qarşı olduğu önəmli deyil... - Malkolm X


Əgər cəsur deyilsənsə, səmimi ola bilmərsən.

Əgər cəsur deyilsənsə, sevə və güvənə bilmərsən.

Əgər cəsur deyilsənsə həqiqətin izinə düşə bilmərsən. Buna görə də öncə cəsarət gələr və hər şey onu izləyər. - Oşo 


Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla qalib gəl. Acgözlülüyü səxavətlə, yalanı həqiqətlə yen. - Budda 


Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et.- Mahatma Qandi 


>
To Top