-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Dəyər Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

Dəyər Haqqında Aforizmlər Və Sözlər


Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et. - Özdəmir Asaf


İnsanın əsl dəyəri onun zəhməti ilə ölçülür. - Emmanuil Munye


Dürüstlük, insanın ən dəyərli mirasıdır.-Anonim 


Ata-ananın ən dəyərli mirası tərbiyədir.


Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır.


Önəmli olan dərinin rəngi deyil, sahib olduğun dəyərlərdir. - Nelson Mandela


Sevgimiz ömrümüzün ən dəyərli xəzinəsi...

Sənsə bu həyatın ən gözəl hədiyyəsi...


Ürəyimiz dəyərini bilənə əmanət...- Mövlana


Sevgili kimdir bilirsənmi?

Dərdinə ortaq olan ,sirrini qoruyan, varlığınla var olan, səni sevib dəyər verən..


Ürəyi ilə sözü bir olan insanlar dəyəri az bilinən xəzinə kimidir. Qədrini bilin..


Sözlər çoxaldıqca sözün dəyəri, təsiri və doğruluq payı da azalır... - Anonim


Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.- Sokrat


Bütün insani dəyərlərin təməli əxlaqdır.- Albert Eynşteyn


Əxlaqı bir qadın kişinin başına tacdır.

Bunun dəyərini bilməyən kişi isə axmaqdır.

- Hz. Süleyman


Mərhəmət insani dəyərlərin şahıdır.- Onore de Balzak 


Dürüstlük almaz kimidir : aydınlıqda daha yaxşı parıldayar və dəyəri daha yaxşı bilinər.


Təvazökarlıq öz gerçək dəyərini anlamaqdır. - Anatol Frans


 Hər şey çox olunca ucuzlaşar.. Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar .. -Şəms Təbrizi


Bir insanın üzündə göstərdiyi ifadə, əynində gəzdirdiyi paltardan daha dəyərlidir.- Deyl Karnegi 


Xoşbəxtlik sadəcə paylaşıldıqda gerçək bir dəyərə sahib olar.- İnto the Wild 


Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.- Viktor Hüqo 


Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda, onların dəyərini anlaya bilməzdik.- Bob Marli


Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir.-  Migel de Servantes


Heç kimsəyə dəyərindən artıq dəyər vermə. Çünki, ya onu itirərsən, ya da özünü məhv edərsən.. -Anton Çexov


Qızıl olsam, dəyərimi hər kəs bilər. Mən sadə bir dəmir olum ... Dəyərimi yalnız anlayan bilsin!- Şəms Təbrizi


Bir şeyi qarşındakına vermə  tərziniz, verdiyiniz hədiyyədən daha dəyərlidir.- Pierre Corneille


Heç kim sizi dəyərsiz hiss etdirə bilməz siz icazə vermədikcə. - Eleonora Ruzvelt.


Kiçik şeylərə lazım olandan artıq dəyər verənlər, əlindən böyük işlər gəlməyənlərdir.- Əflatun 


Ziddiyyət və yaltaqlıq; ikisi də söhbətin dəyərini salır.- Yohann Volfqanq Höte


Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. - Əbu Turxan


İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. - Mövlana 


 Hər şey çox olunca ucuzlaşar.. Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar .. -Şəms Təbrizi


Arif ol, söhbəti müxtəsər eylə,

 Uzun danışandan qaç, həzər eylə. 

Yüz əyri ox atsan olmaz dəyəri, 

Bir ox at hədəfdən getməsin əyri. - Sədi Şirazi


Bəlkə o hər şeyə dəyəcək qədər qiymətlidir sənin üçün; Amma sən də, onun üçün özünü heç edəcək qədər dəyərsiz deyilsən. - Camal Sürəya 


Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən. - Fo


Nankor İnsan hər şeyin qiymətini bilən, lakin heç nəyin dəyərini bilməyəndir.- Oskar Wilde 


Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır.- Dostoyevski


Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək. Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.- Erix Mariya Remark


İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə də bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar. - Dostoyevski


Bir insanın dəyərinin əsl meyarı, 

problemsiz zamanlardakı rəftarı deyil, münaqişə və mübarizə anındaki duruşudur. - Martin Lüter Kinq


Həyata məna verən – anın dəyərləndirilməsidir. - Əbu Turxan


Məqsəd yoxdursa, heç nə edə bilməzsən. 

Məqsəd dəyərsizdirsə, böyük bir iş görə bilməzsən.- Deni Didro

Dəyər Haqqında Aforizmlər Və Sözlər

Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər bir həyat yaşayın.- Viktor Hüqo 


Həyata keçməyən ali məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən dəyərlidir.


Həyatda əsas önəmli olan yaşamaq deyildir.

Başqalarının həyatında yaratdığın fərq, yaşadığın həyatın dəyərini göstərir. - Nelson Mandela


Ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır. - Albert Eynşteyn.


Bir insanın dəyəri, sahib olduğu istedada görə deyil, ondan necə istifadə etdiyinə əsasən müəyyən edilməlidir.- Fransua de Laroşfuko


Yalnız öz boğazını və qarnını güdən insanların heç biri indiyə qədər dəyərli bir şey yarada bilməyib.


Azadlıq, tarixin itməyən tək dəyəridir.- Alber Kamyu


Azadlığın dəyərini bilməyən kölə olmağa layiqdir.- Səbuhi Quluzadə


Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər.- Alan Miln 


Müharibə dövründə həqiqətlər o qədər dəyərli olur ki, yalanlarla hörülmüş bir divar tərəfindən qorunur. - Uiston Çörçill


Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.- Konfutsi


Hansı millətdə insana dəyər verilmirsə,o cəmiyyətdən dəyərli insan çıxa bilməz. - Anonim


Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər.. - Cəmil Meriç 


Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli. - Hüseyn Cavid


>
To Top