-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Övlad Haqqında Aforizmlər, Övlada Aid Sözlər

bilgideryasi


ovlad-haqqinda-aforizmler-ovlada-aid-aile-ovladlar-ata-ana-valideyn


Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. -Demokrit


Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır. -


Dünya bir evdirsə, övlad işıqdır, Oğul arxadırsa , qız yaraşıqdır. - Səməd Vurğun


Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir. - Füyuzat jurnalı


Atanın fəzilətləri, uşaqların sərvətidir. - Anatol Frans


İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır 

- Georq Vilhelm Fridrix Hegel.


Tərbiyə ana qucağından başlar.

Körpəyə söylənən hər kəlmə, onun şəxsiyyət 

binasına qoyulan bir kərpicdir.

- Namiq Kamal


Yaxşı örnək uşaq üçün ən yaxşı tərbiyədir.


Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.

- Mahmud Kaşğarlı


Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz. -Onore de Balzak


Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir. - T.Hesburq


Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.

- Məhəmməd Peyğəmbər


Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur.- Nəsirəddin Tusi


Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. 


Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin. -Yohann Volfqanq Höte


Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq. - Jan Jak Russo


Kiçik uşaqların dərdini kiçik görməməli.- Əbülqasım Firdovsi


Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər.


Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün. - Corc Bernard Şou


Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox. - Nəsirəddin Tusi


Övlad atasının etdiyi səhvləri təkrar etməmək üçün onun həyat təcrübəsini mənimsəməli və gələcək nəsilə ötürməlidir. - Səbuhi Quluzadə 


Övladınızı əsla Allahdan qorxutmayın.Ona sadəcə günah işlərkən qorxmağı tapşırın.- Məhəmməd Peyğəmbər 


Sənə nə eyləsə övladın, inan, Onu görəcəkdir öz övladından.- Nizami Gəncəvi


Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin - Hz.Əli 


Qızın yaxşı bir ailə qurursa, bir oğul da qazanmısan, əks halda isə qızını da itirərsən.


Ata çalışmalıdır ki, öz atasından daha yaxşı atalıq etsin.

Oğul isə layiqli bir övlad olmaqla bərabər həm də ona çalışmalıdır ki, atasında daha yaxşı ata olsun. -Səbuhi Quluzadə 


Bir adam atasına oxşamağa başladığı anda yaşlandığını anlar.-Qabriel Qarsiya Markes


Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. - Viktor Hüqo


Övladı tərbiyə etmək yalnız onu bəsləməkdən və böyütməkdən yox, eyni zamanda onun ürəyini, ağlını istiqamətləndirməkdən ibarətdir. Bunun üçün isə ananın xarakteri, elmi, inkişafı, bütün insani maraqların mövcudluğu gərək deyilmi? - Vissarion Belinski


Yeni bir millətin doğuşu qadınla başlayar.

Çünki Ana, övladın ilk müəllimidir.

Və onun uşağa öyrətdiklərini, uşaq dünyaya öyrədər.


Bizim övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına borcumuz var- zorakılıq və qorxudan azad gələcək həyat. - Nelson Mandela


Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə. (Mirzə Fətəli Axundov)


Adətdir; atanın yığdığını oğulu saçar.


Ata övladının ancaq maddi ehtiyaclarını deyil, həm də mənəvi ehtiyaclarını ödəməlidir; Mənəviyatsız bir övlada sahib olmamaq üçün.


Bir uşağın gülüşü qədər saf və təmiz qalsa bəşər övladı...-  Nurhan İşkın

>
To Top