-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Təcrübə Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

Təcrübə ağlın müəllimi, düşüncənin də rəhbəridir. - Anonim 


Təcrübə, həyat məktəbinin bizə öyrətmiş olduğu ən önəmli dərsləridir. 


Ağrının mükafatı təcrübədir. - Esxil


Təcrübə - insanların xətalarına verdiyi addır. -Oskar Uayld 


Təcrübə, səhvlərdən aldığımız dəyərli həyat dərsləridir. - Anonim 


Bu fani dünyada, bizə əsas həyatdan öyrəndiyimiz təcrübələr qalacaq.

Təcrübənin məqsədi, bizə öz vəziflərimizi öyrətməkdir. - Auerbach


Təcrübə yüksəlişin qanadıdır - Cəfər Cabbarlı


Həyat təcrübəsi, ruhu və qəlbi daha yaxşı edir. - Alman atalar sözü


Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər. - Bencamin Franklin

Təcrübə Haqqında Aforizmlər Və Sözlər

Təcrübə Haqqında Aforizmlər Və Sözlər

Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.


Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.


Qız üçün ən gözəl cehiz ana-atadan öyrəndiyi tərbiyə və təcrübədir. 


Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanıyanda minnətdar olmağın üçün istədi. - Qabriel Qarsia Markes


Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.- Anonim 


Müdriklik təcrübənin qızıdır. - Leonardo da Vinçi


 Kitablar həyatım, təcrübələrim isə müəllimimdir.- Avreli Avqustin


Təcrübə insanın başına gələn şey deyil, o insanın o başına gələnlə nə etdiyidir.

2) Təcrübə, bir insanın başından keçənlər deyil, başından keçənlərinburaxdığı izlərdir. - Oldos Haksli


Təcrübəli oyunçu rəqibin arzuladığı, xüsusilə də gözlədiyi gedişi getməz. -Baltazar Qrasian


İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər. - Kəlilə və Dimn


Odunçuya gücdən əvvəl təcrübə lazımdır.-  Homer


Yaşadığımız illərin sayına baxmayaraq, çox vaxt təcrübəmiz çatışmır. -Fransua de Laroşfuko


Şəxsi təcrübə  həyatda ən xeyirli şeydir. -  Valter Skott.


Bu da mənim üçün yeni bir təcrübə olacaq. - Corc Bernard Şou


Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər.. Campbell


Həyat təcrübəsini öz həyatının bir parçasına çevirən və onu başqalarına öyrədən insan müdrik sayıla bilər. - Səbuhi Quluzadə


Məlumat təcrübəylə başlar amma təcrübədən doğulmaz. - İmmanuel Kant


İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. - Corc Bernard Şou


Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir. - Əli bin Əbu Talib


Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir. - Vinsent van Qoq


Yaxşı qərarlar təcrübə sayəsində, təcrübə isə pis qərarlardan sonra əldə edilir. - Will Rogers 


Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ənşərəflisi – düşüncədir. - Konfutsi


Həyatdakı çətinliklərə düşmənimiz kimi deyil də, təcrübə əldə edə biləcəyimiz mənbə kimi baxsaq daha faydalı olmaz mı? - Paulo Koelyo


Həyatı təcrübə etmə tərziniz və sahib olduğunuz ruh halı, sizin inançlarınızı şəkil verir. - Howard Falco 


Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir parçasıdır və inkişaf üçün gərəklidir. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur.


Sizin bildiyiniz hər bir şey illər boyu topladığınız təcrübənin nəticələridir. Amma keçmiş qərarlar elə keçmiş məsələlər üçün keçərlidir.Əgər yaradıcılıq inkişafı istəyirsinizsə, bir müddətliyinə zəngin təcrübənizi unudun! - Paulo Koelyo


Çox vaxt təvazökarlıq zəiflik və qərarsızlıq kimi qəbul edilir. Amma təcrübə insanların səhv etdiyini sübut edəndə, təvazökarlıq xarakterə yeni gözəllik, güc və hörmət verir.- Lev Tolstoy


Biznes aləmində iki növ mənfəət anlayışı mövcuddur: nağd və təcrübə, ilk növbədə təcrübə toplayın, nağd isə sonra özü gələcək. - Harold Qenin


Elm sərkərdə,təcrübə isə onun əsgəridir. - Leonardo da Vinçi


Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizindəvə faktın meşəsində asanlıqla azmaq olar. - D.İ. Mendeleyev


Təcrübələrimi özüm üçün bir növ hədiyyə hesab edirəm. - Nikola Tesla


Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. - Heydər Əliyev


Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. - Pol Anri Holbax


Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur... -  Sartre 


Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. - Tolstoy 

>
To Top