Həyat, möcüzə və macəralarla dolu sirli bir yoldur.
Xoşbəxt olmağın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir. Xoşbəxtliyi dadmağın ən yaxşı yolu isə onu paylaşmaqdır.- Corc Bayron
Xoşbəxt olmağın ən asan yolu ətrafımızdakılara sevinc bəxş etməkdir. - Devid Star Cordan
• Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan. - Sədi Şirazi
Bir şeyi həqiqətən istəyən bir yol tapar, istəməyənsə bəhanə tapar. -E.C. McKenzie
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.- Konfutsi
Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.- Onore de Balzak
Pis vərdişlər bədbəxtliyə, yaxşı vərdişlər xoşbəxtliyə yol açır.- Anonim
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. - Nəsirəddin Tusi
Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır.
Böyük insan olmaq yolunda atacağınız ilk addım, dürüst olmaqdır. - Samuel Conson
Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir. - Alber Kamyu
Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət.- Volter
Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir. - Əbu Turxan
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır. - Füzuli
Məhəbbətin yolundakı hər hansı bir maneə onu yalnız gücləndirə bilər. -Uilyam Şekspir
Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət
Hərənin öz yolu var; amma başqalarının saldığı yolla getmək daha asanolur. - Əbu Turxan
Yolların ən mübarəki insanı özünə çatdıran yoldur. - Əbu Turxan
Yol gözəlsə, hara çatdığının nə əhəmiyyəti var! - Anatol Frans
Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ənqısasını seçə bilməkdədir. - Əbu Turxan
Yol sizi hara aparırsa ora getməyin; yol olmayan yerdən gedin ki, iz buraxın. - Ralf Uold Emerson
Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. - Əbu Turxan
Meşədə qarşıma iki yol çıxdı. Mən ən az istifadə edilmiş olanı seçdim. - Robert Li
Hara gedəcəyini bilmirsənsə, hansı yoldan getdiyinin əhəmiyyəti yoxdur. -Əhməd Şərif İzgörən
Birini qınamaqda tələsmə! Sənin keçdiyin yolları keçməmiş və sənin qədər düşünməmiş ola bilər. Unutma ki, sən də bir zamanlar indi bildiyin şeylərdən xəbərsiz idin. - Malkolm X
Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, Məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər.- Əbu Turxan
Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək.- Özdəmir Asaf
Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. - Nizami Gəncəvi
Söz var insanı yola gətirər, Söz var insanı yoldan çıxarar. - Humam Təbrizi
Ata, övladının müəllimi, ona bu həyatda doğru yolu göstərən insandır.
Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.- Aristotel
Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. -Lev Tolstoy
Sadəcə bir uğur vardır: öz yolunda addımlaya bilmək. - Christopher Morley
Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz. - Corc Bernard Şou
Duyğu ruha ağıldan tez yol tapır. - Mövlana Cəlaləddin Rumi
Üzü gözəl olan deyil,ürəyi gözəl olan ürəyimə yol tapar. - Səbuhi Quluzadə
Vicdan-insanların həyatının doğru yol göstəricisidir.- Tolstoy
Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər.
Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir. - Əbu Turxan
Dost qazanmağın tək yolu dost ola bilməkdir. - Emerson
Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hissetdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən. - Can Yücəl
Zaman qısa, mən yorğun, yolsa uzun.. - Əbdürrəhim Karakoç
Bəzən biz yolu seçirik, bəzən də yol bizi. - Əbu Turxan
Haqq yolunun nişangahı ağlın gücü yox, qəlbin təmizliyidir. - Əbu Turxan
Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır. - Əbu Turxan
Ağıl az və ya çox – hamıda olur, amma sezginin yolu mənəvi saflaşmadan keçir. - Əbu Turxan
• Heç bir şöhrətə çiçəkli yollarla gedilməz. - Lafonten
Dağlar nə qədər yüksək olursa olsun,yol onun üstündən keçir.- Yunus Əmrə
Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə başvurmaqdır. - Əbu Turxan
Əzm nə qədər böyük olsa, məqsədə aparan yol bir o qədər qısa olar.
Bilmək lazımdır ki, uğura gedən yol uğursuzluqdan keçir. Bu, bəlkə də,həyatın bir qanunudur. Çox qəribə və paradoksal olsa da, zidlər müsbətcərəyanı doğurur. Hər çətinliklə birgə asanlıq vardır. - Rövşən Abdullaoğlu
Dünyada məqamı bilməyən bir kəs
Pərdəli yolları düz gedə bilməz. - Nizami Gəncəvi•
Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur. - Paulo Koelyo
İnsanın ləyaqəti onun Məqsədə çatıb-çatmaması ilə yox, hansı Məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur.- Abay Kunanbayev.
Birgə yola çıxdığın yoldaşlarını yoldakı digər şeylərlə dəyişən, həm yoldaşını itirərsən, həm də yolunu. - Neşet Ertaş
Görürəm ki, fərqli yollarla getsək belə, eyni nəticəyə varmışıq.
İkimiz də adam axtarırıq - öz adamımızı. - Səbahəddin Əli
Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir.- Mark Tven
Bu həyat yolunda yolçu da dəyişir yoldaş da.
Yol bizi dəyişir, biz də yolu.
Dəyişməyən tək şey yolun başlanğıcı və sonu... - Səbuhi Quluzadə
Dərdlər həyatın dərsləridir. Onlar bizi dəyərsiz və yalan olan nə varsa, ondan uzaq edərək doğru yola yönəldir. Dərd bizə düşmən deyil dostdur. - Səbuhi Quluzadə
Şəfəqə, ancaq gecənin yollarını izləyərək çata bilərsən. - Xəlil Cibran
Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. - Fəridəddin Əttar
Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. - Əbu Turxan
Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən önəmli özəlliyidir, davamlı öyrənmə, sarsıntılı anları geridə qoyaraq həyatda qalmağın ən əsas yollarından biridir - Robin Şarma
Ən gözəl və faydalı həyat cığırı, elm və bilginin yollarından keçir. Və hər kim bu yolda bir əngəli aradan qaldıraq ya da bir cığır açsa, insanlara yaxşılığı toxunan birisi olar hörmət görməlidir. - David Yum
Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır.- Əbu Turxan
Yolunu tapdığın zaman, qorxmamalısan. Səhv edəcək qədər, cəsarətin olmalıdır. Xəyal qırıqlığı, məğlubiyyət və ümidsizlik Tanrının bizə yol göstərən vasitələridir. - Paulo Koelyo
Qorxu həbsxanasından qaçmağın tək yolu, hərəkətə keçib fəaliyyətə başlamaqdır. - Joe Tye
Şiddət əxlaqa ziddir, çünki, sevgi yerinə nifrət üzərindən yol alır, və toplumu məhv edərək insanlar arasındakı qardaşlığı qeyri-mümkün edir. - Martin Lüter Kinq
Bir şeyi gizləməyin ən yaxşı yolu, onu hər kəsin görə biləcəyi bir yerə qoymaqdır.- Sherlock Holmes
• Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. - Əbu Turxan
Müəllim həqiqəti heç zaman deməməli, hər bir şagirdin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır. Yaxşı müəllim ancaq katalizatordur.- Brüs Lii
Öndər insan, öndə gedən deyil, yol göstərən olmalıdır. - Atatürk
Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.- Mişel de Monten
Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər.- Aristotel
Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol göstəricidir.- Aristotel
Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar. - İbn Sina
Qədim fəlsəfələr bu gün də elmin yoluna çıraq tutmaqda davam edir. - Əbu Turxan
Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslaraq ayıdırsan. - Tur Xander
Bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.
Həqiqətin məkanı birdir. Amma bizim məkanlarımız fərqli olduğundanhəqiqətə aparan yollar da fərqlidir. - Əbu Turxan
• İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumutapmaqda yardımçı olan. - Əbu Turxan
Həyatı yaşamanın iki yolu var:
Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq, digəri hər şey möcüzəymiş kimi yaşamaq. - Eynşteyn
.Həyatın açdığı bütün yollar gec-tez ölümə aparıb çıxarır. Ölməzliyə isəinsan ancaq öz açdığı yolla çata bilər. - Əbu Turxan
Ən böyük şəxsiyyətlər özündən çox, mənsub olduğu xalqı Düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.- Mustafa Kamal Atatürk
Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur. - Əli bəy Hüseynzadə
• Ədalət yolu abadlığa aparır, amma yolun özü çox vaxt daşlı-kəsəkli olur.- Əbu Turxan
Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar. - Cəlaləddin Rumi
İnsan, ilk dəfə torpağın ətrafını hasarlayaraq "Burası mənimdir." dediyi gündən başlayaraq doğru yoldan uzaq olmuşdur.
O gündən bəri cinayət və faciə dolu günlər bir-birini qovalamışdır.
Sonrasında isə sivilizasiya adlanan bu süni düzən qurulmuşdur. - Cəmil Meriç