-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Tanrı Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir... -Şəms Təbrizi

Tanri-haqqinda-aforizmler-Sevgi-Allah-haqqinda-Yaradan-Allaha-Aid-Gozel-sozler


Allahdır yaratdığı hər şeyi gözəl Yaradan.   Quran 32/7


Varlıqda varlığı Yaradanın varlığı var.- Mənsur Həllac.


Namuslu bir adam, Tanrının ən soylu əsəridir. - Aleksandr Pop


Biz böyük Yaradan qarşısındakı   borcumuzu onun yaratdıqlarına ödəməliyik.   - Əbu Turxan


Ağıl-kamal verdi sənə yaradan,  Çalışıb hər sirri öyrən hər zaman.  -   Marağalı Əvhədi


Dahilik Tanrı vergisidir, amma qabiliyyət bizim. - Qüstav Flober


Tanrı sənə nəsə bir hədiyyə göndərəndə onu bir problemə bükür. Və problem nə qədər böyükdürsə içindəki hədiyyə də o qədər böyükdür.. - Will Smith.


Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver. - Konfutsi


Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?


Yeri yaradanın öz yeri olmaz. - Nizami Gəncəvi


Həyat bir tapmacadır.

Özünü tapmaq...Yaradanı tapmaq...Həqiqəti tapmaq...Tapdığını anlamaq və anlatmaq... - Səbuhi Quluzadə


Yolunu tapdığın zaman, qorxmamalısan. Səhv edəcək qədər, cəsarətin olmalıdır. Xəyal qırıqlığı, məğlubiyyət və ümidsizlik Tanrının bizə yol göstərən vasitələridir. - Paulo Koelyo


Məni bir mən bilirəm, bir də Yaradan. Mənə bir mən lazımam, bir də anlayan.


Tanrının Varlığı, bir həqiqəti ifadə edən həndəsi teoremlərdən daha həqiqidir.


Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz! Onu pis edən pis təhsil və tərbiyədir.

Pis ana-ata, pis ətraf və pis idarə etmək bir bataqlıq kimidir; yazıq uşaqları da özünə çəkib məhv edər.


Vicdanından uzaq olan,

Yaradandan uzaq olar..- Səbuhi Quluzadə 


Bizləri aldatmaq üçün Tanrının adından belə istifadə edirlər.- Maksim Qorki 


Azad olmaq hər kəsin haqqıdır amma insanın azadlığını əlindən almaq ancaq Tanrı'nın haqqıdır! - V for Vendetta 


Yaradanın əlindən çıxan nə varsa gözəldir.   Hər şey insanın əlində pozulur.   - Russo


Yaradandan uzaqlaşan, Yaradanı axtarmayan insan nə özündə, nə də özündən kənarda həqiqəti tapa bilməz.- Blez Paskal

>
To Top