Sevgi ruhun gözəlliyidir.
Sevinc və sevgi ruhun iki qanadıdır. - Hilmi Ziya Ülkən
Duyğu ruha ağıldan tez yol tapır. - Mövlana Cəlaləddin Rumi
Eşq – ruha təslim olmaqdır. - Hilmi Ziya Ülkən
Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. - Volter
İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.- Benedikt Spinoza
Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz.
Qadın və kişi insan ruhunun iki notunu təşkil edir ki, onlarsız düzgün və bütöv akkord alınmır. - Cuzebbe Madzini
İnsan ruha baxmalıdır. Gözəl bir ruha sahibl olmadıqdan sonra, gözəl bədən nəyə yarar? - Evripid
Bəyəndiyiniz bədənlərə, xəyallarınızdakı ruhları qoyub, eşq sanırsınız. - Şekspir
Bədənini ruhunun tabutuna çevirmə.- Pifaqor
Göz yaşı, ruhumun peyvəndidir. - Əli Suad
Göz yaşı ruh üçün yayda yağan yağış kimidir. - Alfred Austin
Bir "dost" kimdir? İki bədəndə var olan tək bir ruhdur. - Aristotel
Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın. - Deyl Karnegi
Ruh, xoşbəxtliyi məşğuliyyətdə tapar. - Persi Biş Şelli
İztirab çəkməmiş bir ruh səadətdən nə anlaya bilər? - Jorj Sand
Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir.- Platon
Qüvvətli ruh zəifləmiş bədəni xilas edir. - Hippokrat
Böyük ruhlu insanlar, iztirablara səssiz dözürlər.. - Fridrix Şiller
Ruh keçmişi xatırlayır, indini görür, gələcəkdən xəbər verir.- Mark Tulli Siseron
Hər şey ruhani sevinclə doludur və ara-sıra onu şüalandırır. - Uitmen
Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. - Lev Tolstoy
İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər. - Leonardo da Vinçi
Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir.- Epikür
Bir mərmər üçün heykəltaraş nədirsə, ruh üçün təhsil də odur.- Addison
Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və vətənpərvərlik üzərində də dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin.- Əbdülfəttah Şahin
Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür. Çünki ata bədəni, müəllim isə ruhu inkişaf etdirir.- Miquel de Servantes
Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.- Nikolay Qoqol
Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.- Mişel de Monten
İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.- Ernest Renan
Kitablar ruhun qidasıdır.- Yapon atalar sözü
Kitab insan ruhuna məlhəmdir. - Yapon atalar sözü
Kitablar ruhun aynasıdır.- Virciniya Vulf
İçində kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir.
Bir şəhərdə ən əhəmiyyətli üç şey : kanalizasiya, hamam və kitabxanalardır.
Kanalizasiya şəhərin kirini, hamam bədənin kirini, kitabxanalar da ruhun kirini təmizləyər.-Fatih Sultan Mehmet
Başqalarının etdiyi səhvlərlə və pisliklərlə özünü məşğul edib ruhunu qaraltma. - Ralf Uold Emerson
Bədəninə deyil, özünə dəyər ver və könlünü inkişaf etdir. Çünki, insan bədəni qədər deyil, ruhu qədər insandır. - İmam Qəzali
Ancaq Ruh taxtdan salınanda pul hakim ola bilər.- Dədə Turxan
Pulun öldürdüyü ruh qılıncın öldürdüyü bədəndən çoxdur. - V. Skott
Ruhunu itirən dünyanı qazansa nə çıxar?- Viktor Hüqo
İnsana nə üç qarış torpaq, nə də malikanələr lazım deyil. Ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini aşkara çıxara bilsin.- Anton Çexov
Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. - Baltazar Qrasian
Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir. - Əbu Turxan
Laqeydlik - ruhun iflicidir, vaxtından əvvəl ölümdür.
İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir. - Fyodor Dostoyevski
Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!... - Cübran
Duyğular sənətdə, ağıl elmdə, ruh fəlsəfədə özünü ifadə edir. - Əbu Turxan
Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel
Elm beyini, sənət ürəyi, din ruhu qidalandırır.- Əbu Turxan
Ən gözəl şeirlər, mənalarını oxucunun ruhundan alan şeirlərdir.- Əhməd Haşim
Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. - Əbu Turxan
Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır. - Husserl
Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. - M. Unamuno
İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan Ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir! - Dədə Turxan
Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür.- Platon
Kainatın ruhu həqiqətdir.- İbn Sina
Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. - Əli bəy Hüseynzadə
Həyat səhnələri, həqiqi yaşantılar və onların iztirab və sevinc xatirələri ruhla birlikdə «uçub gedir». - Dədə Turxan
Ruhun dəyanəti heç nə ilə müqayisə edilməyən bir bəxşişdir. Kimdə bu varsa və bu dəyanət böyük inam və ümidlə birləşərsə, o bəxtiyardır.- Aristotel
Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.- Viktor Huqo
Hər bir Mədəniyyətin öz ruhu vardır.- Şpenqler
Dil millətin ruhudur. Dil ideyanın, hissin, təfəkkürün canıdır.- Lev Tolstoy
Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. - M.İ.Kalinin
Ruhlar Güclü olanda idarə edir, zəif olanda isə onları başqaları yönəldir.- Xəlil Cübran
Çox şey insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişdəki örnəklər, adət və ənənələr, vərdişlər: bütün bunların məcmusu olaraq xalqın ruhu yaranır.- Şarl Lui Monteskyö
Azadlıq üçün göy üzünü satın almanıza ehtiyac yoxdur. Ruhunuzu satmayın yetər. - Nelson Mandela
İnsanlar din, məzhəb, irq, millət , rəng, mövqe və sinif fərqi qoymadan sevilməyə layiqdirlər. 0Madam ki, insanlar ruh yönü ilə Allahdanl pgəlməkdədirlər, elə isə insanlar heç bir pşəkildə bir-birlərindən bu mənada ayrılmazlar.- Yunus Əmrə
Doğrudanmı bu gözəl dünyada, saysız-hesabsız ulduzlu səma altında yaşamaq insanlara dar gəlir? Doğrudanmı bu gözəl təbiətin qoynunda yaşayan insa ruhunda qəzəb, qisas hissi və özü kimilərini məhv etmək ehtirası qala bilər?- Lev Tolstoy