-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Gülməli Atalar Sözləri

bilgideryasi

 

Mezeli Atalar Sozleri,Gülməli Atalar Sözü,Məzəli Atalar Sözləri,Gülməli Atalar Sözləri,Gulmeli Atalar Sozleri,

Öküz kimi yeyir, dana kimi yatır.

Ac ayı oynamaz.

Eşşəyə minib, eşşəyi axtarır.

Yumurtası tərs düşüb.

Yumru qaya, yumru daş, keçəl baş.

Yağlı əlin var sürt öz başına.

Özü eşşək, tükü məxmər.

Yumurtana görə qaqqılda.

Dəlinin yadına daş salma.

Eşşəyin anqırması özünə xoş gələr.

Keçəlin dırnağı olsa, öz başını qaşıyar.

Hər işimiz düzəlib qalıb saqqal darağımız.

Tənbələ iş buyur, o sənə nağıl danışsın.

Vaxtsız banlayan xoruzun başını kəsərlər.

Kosa getdi saqqal gətirməyə, bığı da qoydu gəldi.

Qorxursansa pişikdən niyə çıxırsan deşikdən?

Tanrım, bana bir sandalyenin sabrını ver ki, tüm götlere rağmen ayakta durabileyim..

Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

Siçan kimi hər deşikdən baş göstərir.

Qorxaq öz kölgəsindən də qorxar.

Subay adamın yaxasını bit yeyər çörəyini – it.

Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.

İş saqqala qalsa, keçiyə də axund deyərlər.

Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.

Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.

Tülkünün şahidi quyruğudur.

>
To Top