31 Dekabr Həmrəylik Gününə həsr olunmuş bir-birindən gözəl 9 şeir
Həmrəylik gününə aid şeirlər |
“Birləşək” şeiri
Birləşək! Dünyada güclər birləşib,
Qalalar birləşib, bürclər birləşib.
Birləşib dünyada dili ayrılar,
Torpağı ayrılar, eli ayrılar.
Alıblar dünyadan öz haqlarını
Behişt eləyiblər torpaqlarını.
Birləşsin bizim də məskənlərimiz!
Qalaya çevrilsin ürəklərimiz!
Birləşsin ən güclü qollar, qələmlər!
İrəli atılan dəmir qədəmlər!
Birləşsin birləşib qala bilənlər,
Birləşsin birlikdə ola bilənlər!
Çaylar birləşəndə dənizə dönür!
Dənizlər düşmənə qorxunc görünür!
Dənizi içməklə qurtarmaq olmaz,
Dənizi ölümlə qorxutmaq olmaz!
Birləşmək hər yerdə iti silahdır,
Bütün haqlılara böyük pənahdır.
Birlik günəş dolu dirilik yolu,
Xalqın haqq yoludur bu birlik yolu!
Müəllif:Söhrab Tahir.
“Azərbaycan yaşayır” şeiri
Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.
Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.
Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.
Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.
Müəllif: Rafiq Yusifoğlu
“Qələbə Bizimdir” şeiri
Zəfər bizimlədir, Türk oğlu Türkük,
Əsrlər ötsə də həmişə birik,
Cütlənib atılan, bir qoşa zərik,
Qələbə bizimdir bizim olacaq.
Birləşib bir olub Türkün dünyası,
Yayılıb aləmə səsi sədası,.
Heydərdi ən uca ali dühası,
Qələbə bizimdir, bizim olacaq.
Yenilməz ordudu Atatürk yurdu,
Düşmənin önündə əzmlə durdu,
Qurubdur müzəffər bir güclü ordu,
Qələbə bizimdir, bizim olacaq.
Ali Baş Komandan İlham dayağı
Gedər düşmən üstə igidsayağı,
Tutar əllərində uca bayrağı,
Qələbə bizimdir bizim olacaq.
Birləşib bir olar mərd Turan eli,
Gedər düşmən üstə çalar zəfəri,
Bu şüar olacaq dillər əzbəri,
Qələbə bizimdir bizim olacaq.
Müəllif: Pərvanə Zalamlı
“Odlar ölkəsi" şeiri
Qəlbini ucaltmış göyə məşəl tək,
Bakıdır köksündə döyünən ürək.
Gülür gözlərində böyük gələcək.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi
Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz.
Bir vurur hər zamanürəklərimiz
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi
Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı
Zəfərlər ucaldır Azərbaycanı.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.
Müəllif: Abdulla Şaiq.
31 Dekabr Həmrəylik gününə aid şeirlər
“Zəfər günün mübarək, anam Azərbaycanım” şeiri
“Həmrəylik bayramın mübarək olsun” şeiri
Salam, azərbaycan oğlu, salam, a qardaş,
Həmrəylik bayramın mübarək olsun.
Yetər təklənmişik, gəl olaq sirdaş,
Həmrəylik bayramın mübarək olsun.
Birləş yumruq kimi, dünyaya səs sal,
Gir meydana, qılınc oynat, zəfər çal,
İrəli dur, düşmənindən qisas al,
Həmrəylik bayramın mübarək olsun.
Qalx ayağa, sil gözünün yaşını,
Daha bəsdir, artıq dik tut başını,
Ulu öndər qoydu təməl daşını,
Həmrəylik bayramın mübarək olsun.
Sən coşğun dənizsən, ləpələnmisən,
Bir uca dağ idin, təpələnmisən,
Bütün yer üzünə səpələnmisən,
Həmrəylik bayramın mübarək olsun.
Zəngəzur, Naxçıvan, Təbriz, Qarabağ,
Bu birlikdən gətir bizə bir soraq,
Başın üstündəki üçrəngli bayraq,
Həmrəylik bayramın mübarək olsun!
Müəllif: Mirəli Vəkiloğlu
Bənzər mövzular:
- 31 Dekabr Həmrəylik Günü Təbrik Mesajları və Sözləri
- Birlik və Bərabərlik Haqqında Aforizmlər & Sözlər
- Yeni İl Şəkilləri, (Yazılı)
Axtarış sözləri: 31 dekabr həmrəylik gününə aid şeirlər,həmrəylik gününə aid şeir,həmrəylik günü şeir,həmrəylik şeiri,31 dekabr həmrəylik günü haqqinda seir,31 dekabr hemreylik gunu haqqinda seirler,hemreylik gunune aid seirler,hemreylik gunu seirleri,31 dekabr dünya azərbaycanlılarının həmrəylik gününə aid şeirlər