-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Zəfər Gününə Aid şeirlər toplusu

zəfər şeirləri 2024,zəfər gününə aid şeirlər yazılı,zəfər günü haqqında şeir,zəfər günü şeir,zefer gunune aid seir,zefer seiri,  zefer gunu seiri, zefer gunune aid seirler yazili, 8 noyabr zəfər günü haqqında şeir, qələbə şeirləri, qarabağ zəfər şeiri, zefer bayramina aid seirler,


Zəfər bayramı Şeiri 

Zəfər bayramıdır bu gün yurdumun,

Bu əziz günümüz daim var olsun.

Yeni tarix yazan şanlı ordumun,

Qeyrətli oğluna salamlar olsun!


Qələbə xəbəri gələndən bəri,

İçimin fərəhi ucaldı aya.

Qayıtdı Qarabağ! Qayıtdı geri,

Bu hissi yaşadıq, şükür, Xudaya!


Gəzsin el obamda, dolaşsın yağı?

Bizsə boş xəyalla doya bilməzdik,

Bu şəhid qanları axan torpağı,

Düşmən tapdağında qoya bilməzdik!


O cıdır düzündə rəqs edən, əyyaş,

Niyə səsin gəlmir, niyə susursan?!

Bilirəm alıbdır içini təlaş,

De, qorxudan indi hardan pusursan?!


Otuz il yurdumu taladı yedi,

Ancaq budur, onların da sonları,

Qarabaq bizimdir, vermərik dedi,

"İti qovan kimi", qovduq onları!


Kim ki, göz dikərsə yurduma bir an,

Yenə məhv edərik, Qorxu bilmərik.

Döyüş meydanında göstərdik çoxdan

Can verərik, ancaq yurdu vermərik!


Bu torpaq yaşamdır, bu torpaq nəfəs,

Hər addımı qurban verilən candır.

İndi son sözümü eşitsin hər kəs,

Qarabağ bizimdir! Azərbaycandır!

Müəllif: Elvin Mütaliboğlu 


Zəfərdi mənim adım Şeiri 

Mən uşaq deyiləm ki,

Böyümüşəm bir il də.

Altı yaşım olacaq

İndi bu gələn ildə.


 


Üçrəngli bayrağımdı

Mənim müqəddəs andım.

Adım xoşuma gəlir,

Zəfərdi mənim adım! 

Müəllif: Mina Rəşid 

"Zəfər" şeiri


Ordumuz “hay”ların burnunun əzdi,

Oldu şücaəti dillərdə əzbər.

Xeyirxah çöhrədə təbəssüm gəzdi,

Xıltlı ürəkləri şaşırdı xəbər.


Keçdi əlimizə mühüm zirvələr,

Erməni ordusu aldı zərbələr,

Zəncir çeynəməkdə hami zorbalar,

Çoxunun belini əydi bu zəfər.


Bəs etdi orduma ikicə gecə,

İşğalçı inansın bizdəki gücə,

Barmaq silkələdi Aqramunt Serjə,

“Yaxşıdır” söylədi cilovlansa şər.


Hamilər yığını şok içində tam,

İstərlər çəkələr bu işə əncam,

Ali Baş Komandan versə sərəncam,

Ordumuz düşmənin başını əzər.


Erməni sarsılıb dəlilərsayaq,

Hayın arxasında seyrəlir dayaq,

Haqsızlıq yeriməz, tutsa da ayaq,

Haqlı haqq işiylə aləmi bəzər.


Birlik yolumuzun üstündə mayak,

Bu gün kükrəməkdə, hayqırmaqda xalq,

Başımız üstündə üçrəngli bayraq,

Qarabağ bir yanda, bir yanda Xəzər.


Ancaq xeyirxah kəs görər yaxşı iş,

İşğalçı işğala edibdi vərdiş,

Bizim xeyrimizə çevrilib gərdiş,

Tezliklə dəf olar, Valeh, bədnəzər.

Müəllif: Valeh Məhərrəmli 


Düşmənə Dağ Çəkmişik Şeiri 

Çiçək açır, gül açır,

O gözəl Qarabağım.

İgidlər tarix yazıb,

Azad olub torpağım.


44 gün gecə-gündüz,

Apardıq mübarizə.

Düşmənə dağ çəkmişik,

Həsədlə baxır bizə.


Şəhidləri anırıq,

Qazilər baş tacımız.

Onların sayəsində

Bitdi bütün acımız.


Xalqım qalib Xalq kimi,

Daima yaşayacaq.

Qarabağ əvvəlkitək

Cənnət diyar olacaq.

Müəllif: Nicat İntiqam

Biz Zəfər qazanmışıq! Şeiri 

İgidlər öz qanıyla 

Yazdı Zəfər dastanı. 

30 il gözləmişdik, 

Bu tarixi, bu anı. 

 

Dəmir yumruq düşmənə, 

Öz yerini göstərdi. 

44 günlük döyüşlər, 

Tarixi bir Zəfərdi. 

 

Analar ağlamasın, 

Şəhidlər ölməzdilər. 

Düşmənlər öz xoşuyla, 

Yurdumdan getməzdilər. 


44 günə min ilin, 

Tarixini yazmışıq. 

Qarabağ Azərbaycandır, 

Biz Zəfər qazanmışıq. 

 

Polad iradəmiz var, 

Sınmarıq, əyilmərik. 

Bir ölüb, min dirilən 

İgid Mübarizlərik. 

Müəllif: Nicat İsmayılov 

Dəmir Yumruğum şeiri

Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə,
Qəhrəman xalqım ilə, şanlı, cəsur ordum ilə,
Yanaşı cəng elədik cəbhədə boz qurdum ilə,
Birləşən əllərimiz döndü dəmir yumruğuma.
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
 
Aslana tülkü açıb cəng, bu nə haqsız davadır?
Otuz ildir dilənir, atdığı boş-boş havadır.
Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır,
Hikkəmiz, hiddətimız çöndü dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
 
Hər qarış torpağa həkk oldu zəfər tarixmiz,
Vətənə sevgi çələngiydi hünər tariximiz,
Dirçəliş mənliyimizdir bu təpər tariximiz,
Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
 
Ordumuz bəxş elədi xalqımıza şanlı şərəf,
Aldıq öz haqqımızı, çüki bizik haqlı tərəf,
Gücümüz, qeyrətimizlə elədik düşməni dəf
Dünya heyrətlə baxır indi dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Müəllif: Müzəffər Məzahim


Gözün aydın, ey Vətən Şeiri 

 

Ortadadır həqiqət

Yurdum azad nəhayət

Sevinəcək bu millət

Gözün aydın, ey Vətən.


Bu işə giriş, tələs

Açılacaqdır qəfəs

Şuşa alacaq nəfəs

Gözün aydın, ey Vətən.


Bu torpaqdan güc aldıq

Düşməni dərdə saldıq

Belə qələbə çaldıq

Gözün aydın, ey Vətən.


Bir olubdur bu millət

Çox çəkdik biz əziyyət

Sonda tapdıq qətiyyət

Gözün aydın, ey Vətən.


Bu gün millət sevinir

Ordusuyla öyünür

Ürəklər bir döyünür

Gözün aydın, ey Vətən.


Millətim şən, əzimdir

Torpağımda izimdir

İndi zəfər bizimdir

Gözün aydın, ey Vətən.


Dünya heyran orduma

Mən vurğunam yurduma

Ehtiyac yox yardıma

Gözün aydın, ey Vətən.

Müəllif: Tahir Ələkbərli


Salam Şuşa Şeiri

Sənsən bizim ruhumuzun məskəni,

Yad əllərdə qoyardıqmı heç səni?

İti qovan kimi qovduq düşməni,

Salam əziz Şuşa, biz qayıtmışıq.


Sənə göz dikənin vurduq gözündən,

Hünəri var bir də çıxsın özündən.

Gör nə at çapırıq Cıdır düzündə,

Salam əziz Şuşa, biz qayıtmışıq.


Sən indi azadsan azad quş kimi,

Axır gözümüzdən sevinc yaş kimi,

Eşqin qəlbimizdə bir naxış kimi.

Salam əziz Şuşa, biz qayıtmışıq.


Çox oddan alovdan keçib gəlmişik,

Dağ çəkənə dağlar çəkib gəlmişik,

Şəhadət şərbəti içib gəlmişik.

Salam əziz Şuşa, biz qayıtmışıq.


Bəxtin açılıbdır al səhər kimi,

Zəfər görünməyib bu zəfər kimi,

Biz sənin qoynuna gəldik ər kimi.

Salam əziz Şuşa, biz qayıtmışıq.



Gördü qəlbindəki atəşi, közü,

Çıxdı kəlləsinə düşmənin gözü.

Ali baş komandan söylədi özü:

Salam əziz Şuşa, biz qayıtmışıq.

Müəllif: Hüseyn Bağıroğlu

Bənzər mövzular:


Qarabağ Artıq Azaddır Şeiri 

Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,

Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.

Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.

Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.

Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!


Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,

Xocalıda öldürülən hər can üçün hesab sordu.

Baxın görün otuz ildə neçə oğul şəhid oldu,

Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,

Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!


Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,

Qarabağa göz dikənlər başlarından olacaqdır.

Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,

Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!

Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!

Müəllif: Elvin Elxanoğlu 

Zəfər Bizimdir şeiri

Yatmamışdı, oyağıydı, güc yığırdı "qoca vulkan",
Bu vulkanın bir adı var, odlar yurdu Azərbaycan!
An yetişdi, əmr verdi Baş Sərkərdə, Baş Komandan...
Şir ürəkli, nər igidlər yumruq olsa əgər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!


Şanlı ordum, qayıdışın Qarabağa can gətirdi,
Qətiyyətin, rəşadətin bu həsrətə son gətirdi...
Səni bura 30 ildə yerdə qalan qan gətirdi,
İçindəki qisas hissin durma, göstər hünər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!


Yağı düşmən, bundan sonra sırğa elə qulağında,
Bil ki, özün yanacaqsan yandırdığın ocağında.
Diz çökərək təslim oldun ulu Türkün qabağında.
Türkün gücü, Türkün sözü Turan eldən xəbər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!


Bu millətin birliyinə bütün dünya heyran oldu,
Bu birliyin uğuruna neçə insan qurban oldu!
Yüksələrək şəhadətə tarix yazdı, dastan oldu,
Çünki yolum haqq yoludur, varam sona qədər dedi!
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!



İgid əsgər, bu qələbən bayram qatdı bayramıma,
Sevinc dolu hər səhərim nur ələdi axşamıma!
Qazandığın zəfərlərin ilham verdi İlhamıma!
Dayanmaram, üstümüzə gəlsə bütün bəşər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!

Müəllif: Rüfət Axundlu

Həsrət bitdi, Qarabağ Şeiri 

Qarabağı işğaldan,

Azad etdi igidlər.

Heç zaman unutmarıq,

Tarix yazdı şəhidlər.


44 gündə düşmənə,

Qəhrəmanlar çəkdi dağ.

30 il ayrı qaldıq,

Həsrət bitdi, Qarabağ.


Keçdi qorxmaz oğullar,

Od-alovun içindən.

Danışacaq nəsillər,

Onların mərdliyindən.


Aylar, illər ötəcək,

Qürurla anacağıq.

Şəhidlər ölməzdilər,

Birgəyik sanacağıq.


Əziz Vətən, can Vətən,

İgidlərin var olsun.

Oğlun, qızın səninlə

Daim bəxtiyar olsun.

Müəllif: Nicat İsmayılov 


Axtarış sözləri: zəfər şeirləri 2024,zəfər gününə aid şeirlər yazılı,zəfər günü haqqında şeir,zəfər günü şeir,zefer gunune aid seir,zefer seiri,  zefer gunu seiri, zefer gunune aid seirler yazili, 8 noyabr zəfər günü haqqında şeir, qələbə şeirləri, qarabağ zəfər şeiri, zefer bayramina aid seirler, qelebe seiri

>
To Top