İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.
- Fyodor Dostoyevski
Sevgi külək kimidir; onu görməsəniz belə hiss edərsiniz.
- Nicholas Sparks
Bir söz qərarını,
Bir duyğu həyatını,
Bir insan səni
Dəyişə bilər.
- Konfutsi
Duyğu ruha ağıldan tez yol tapır.
- Mövlana Cəlaləddin Rumi
Duyğu və düşüncələrin təkrarı vərdişləri, vərdişlər isə gələcəyimiz yaradır.
- Səbuhi Quluzadə
Əgər ağıl olmasaydı, duyğular bizi yorardı. Ağıl məhz duyğularımızı cilovlamaq üçündür.
Həyatın özəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.
- Ziqmund Freyd
Üç şey seçildi cənnətdən: sözlər, eşq, analıq duyğusu. Sözləri Adəm aldı, analıq duyğusu Həvvaya qaldı; Amma eşq çox ağır idi...
- Şəms Təbrizi
Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı nəzakət olar, arzuya səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.
- Mövlana Cəlaləddin Rumi
Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır.
- Mopassan.
İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur.
- Əbu Turxan.
Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz.
- Jan Jak Russo
İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir.
- Maksim Qorki
Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər.
- Əbu Turxan
Duyğu dediyin kütləvi bir axındır, düşüncə isə təşkilanmaqdır.
- Andrey Platonov
Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.
- Mövlana Cəlaləddin Rumi
Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır.
- Viktor Hüqo
Səssiz duyğular musiqinin köməyi ilə dil açıb danışır.
- Albrext Dürer
Bəzən dünyanın ən çətin peşəsidir.. Öz duyğularına tərcüməçi olmaq!
- Sunay Akın
Gözəllik duyğusu aşılamadan mükəmməl insan yetişdirmək olmaz.
- Rabindranat Taqor
Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir. - Əbu Turxan.
Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub.
- Onore de Balzak
Qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir; amma onu hərəkətə gətirən bu günün duyğularıdır.
- Əbu Turxan
Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil.
- Tomas Midlton
Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar.
- Onore de Balzak
Əgər qadın xəyanət edirsə, məntiqli Səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir.
Koko Şanel
İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir.
- Şəms Təbrizi
Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir.
- Fridrix Nitsşe
Əzabların ən böyüyü, özünü günahkar görmə duyğusudur.
- Ceyn Ostin
Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz.
- Fridrix Nitsşe.
Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır.
- Fransua de Laroşfuko
Həsəd insanı alçaldan və kiçildən duyğudur.
- Lev Tolstoy
Əxlaqlın ən böyük düşməni duyğusuz olmaqdır.
- Albert Şveytser
Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir.
Q. K. Sallyusti
Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun.
- Fyodor Dostoyevski
Duyğu əqlin, əql ruhun əsiridir. Ruh əqlin əlini açınca, əvvəl sənə hakim olan duyğu sənin tabeçiliyinə keçər. -Mövlana Cəlaləddin Rumi.
Duyğular sənətdə, ağıl elmdə, ruh fəlsəfədə özünü ifadə edir.
- Əbu Turxan
Duyğunun yanında ağıl daim adi qalar.
- Onore de Balzak
Duyğu uzaq məsafələrə ancaq fikrin qanadlarında gedə bilir.
- Əbu Turxan
Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir.
- Əbu Turxan
Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır.
- Əbu Turxan
Çılpaq fikir darıxdırıcı, çılpaq duyğu utandırıcıdır.
- Əbu Turxan
Fəlsəfə düşünən duyğu və qanad açan düşüncədir.
- Əbu Turxan
Duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır.
- Əbu Turxan
Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir.
- Aristotel
Fikir məntiq qəlibindən çıxıb azad nəfəs alanda duyğulanır və bir Düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir.
- Əbu Turxan
Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir.
- Əbu Turxan
Tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir.
- Helvetsi
Sonsuzluğu, əbədiyyəti məntiqlə dərk etmək mümkün olmadığı kimi, duyğu ilə də ehtiva etmək mümkün deyil.
- Əbu Turxan
Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə komediyadır.