-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Hisslər Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

 


Sevgi külək kimidir; onu görməsəniz belə hiss edərsiniz.- Nicholas Sparks

Hisler-haqqinda-aforizmler-hisslere-aid-duygular-duygu-hiss-sevgi-hissi


Eşqin ən şirin hissələri 

başlanğıcdaki ümid və sondakı xatirələrdir.

- Cənab Şəhabəddin  


Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir. - Pablo Neruda 


Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır. - Mopassan.


Hisslər aləminin ancaq bir qanunu var: gərək sevdiyin adamı xoşbəxt edəsən.


Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!


Yoxluğunuzu hiss etməyəni, varlığınızla narahat etməyin.


Heç kim sizi dəyərsiz hiss etdirə bilməz siz icazə vermədikcə. 


• • Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyiinsan siz olarsınız. - Ziqmund Freyd


Özünü nöqtə kimi önəmsiz hiss etdikdə, dön bir arxana bax. Bəlkə də, çox önəmli bir cümlənin sonundasan. - Jean Christophe Grange


Bir insana zornan sevdirəmməzsən özünü, mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə, tək bir söz söyləyə bilərsən: "Özün bilərsən."- Can Yücel



Ürək hisslərlə dolu olanda söhbət də maraqlı olur. - Vovenarq.


Əsl dost o kəsdir ki, əlindən tutub qəlbini hiss edəcək.


Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.- Xalid Hüseyni


Hörmət hissindən məhrum olan məhəbbət çox davam gətirməz və yüksəlməz.- Aleksandr Düma


Ağlın qələbəsi – hissin, hissin qələbəsi – ağlın məğlubiyyətidir. - ƏbuTurxan


Rəqs edərkən edəcəyin ən böyük xəta düşünməkdir. Sadəcə hiss etməlisən. - Maykl Cekson


Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz.- Jan Jak Russo


Yalnız olduğunu ən çox "yalnız deyilsən" dediklərində hiss edərsən” 



İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir. - Maksim Qorki


Qələbə günü yorğunluq hiss olunmaz.- Fars Atalar Sözü 


İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. - Bencamin Franklin 


Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir.- Volter


İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.- Fyodor Dostoyevski


Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən, bu Allahın-ın sənə olan yardımının və sevgisinin bir dəlilidir.- Mövlana


Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır. - ŞəmsTəbrizi


Sən Allahla bərabər olduğun müddətdə, O daima varlığının işarətlərini sənə hiss etdirər.


Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həmbaşa düşür, həm də hiss edir. - Holley


Təklik, insanın ətrafında insan olmaması demək deyil. İnsan özünün əhəmiyyət verdiyi şeyləri başqalarına çatdıra bilmədiyi ya da başqalarının qeyri-mümkün tapdığı bəzi görüşlərə sahib olduğu zaman özünü tək hiss edər. - Karl Qustav Yunq


Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. - V.Solouxin


• Bir inqilabçı başqasına atılan şilləni öz üzündə hiss edəndir.. - ErnestoÇe Gevara


Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur. -


Həyat hisslərlə yaşayanlar   üçün faciə, ağıl ilə yaşayanlar   üçün isə komediyadır.


Bizi bunlar yox edə bilər:

 prinsipsiz siyasət, vicdan hissindən məhrum əyləncə, işsiz zənginlik, bilgili amma xaraktersiz insanlar , əxlaqsız biznes, insanlıqdan uzaq elm və fədakarlıq etməyən din...- Mahatma Qandi


>
To Top