Həyat, möcüzə və macəralarla dolu sirli bir yoldur.
Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.
Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış-verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər.- Pifaqor
Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır. - Dədə Turxan
Həyat bir güzgü kimidir - gülənə gülər, ağlayana ağlar.
Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir.- Lev Tolstoy
Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir. - Viktor Hüqo
Həyat bəzən köynəyi səhv düymələməyə bənzəyir - ən başda xəta etdiyini sona gəlmədən anlamırsan.
Sən həyatı sevmirsənmi? Elə isə zamanını boşa keçirmə, çünki həyat zamandan ibarətdir. - Bencamin Franklin
Həyatı elə yaşamaq lazımdır ki, ölüm onu məhv edə bilməsin.- Lev Tolstoy
Həyatla Bağlı Aforizmlər
Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!- Maksim Qorki
Şikayət etdiyiniz həyat bəlkə də bir başqasının xəyalıdır.- Lev Tolstoy
Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.
Həyat öncə "kaşki", sonra isə "nəysə" deməyi öyrədir..
Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir. - Dədə Turxan
Gəmilər üçün körpü liman, həyat üçün isə dostluqdur.- Pifaqor
Həyat bəzən insanları bir-birindən ayırar ki, bir-biri üçün nə qədər böyük məna kəsb etdiklərini anlasınlar.- Paulo Koelyo
Həyatda büdrəməyən insan yoxdur, lakin qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan. - Mahatma Qandi
Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.- Paulo Koelyo
Yalnız cəsur və həqiqi gücə sahib olan və öz gücünə inanan insanlar həyatın üzünə qorxmadan baxa bilərlər. - Teodor Drayzer
Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər. Maksim Qorki
Həyat mənim üçün əriməyən şamdır. Bu, bir növ əlimə düşən məşəli gələcək nəsilə ötürmək əvəzinə onu daha da parlaq yanmağa məcbur etməyimə oxşayır. - Corc Bernard Şou
Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq... - Rabindranat Taqor
Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik. - Oşo
Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin. - Viktor Hüqo