Sponsor 2
Trend Mövzular
Bəziləri "sevirəm" deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir.
Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir.
Əvvəllər qızlar ‘eşq adamı' axtarırdılar, indi isə adam olsun bəsdi deyirlər.
Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç.
Yanlış bir qəlbdə olmaqdansa, yalnız olmaq yaxşıdır.
Böhtan qorxaqların intiqamıdır.
Dərin dəniz daş atmaqla bulanmaz.
Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən.
Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər.
Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı.
Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər.
Anlatmaq istədiyim çox şey, danışmaq istədiyim tək insan var...
Yanında səni istilədəcək biri varsa, üşümək həqiqətən gözəldir.
İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir.
"Yaxşıyam" deyirik həmişə, vərdiş bizimkisi. Yaxşı, amma qarşımızdakı adam da həqiqətən necə olduğumuzla maraqlanır sanki..
Sırf sevgilinin üzü gülsən deyə, bəzən axmaqlamağı gözə almaqdir eşq.
Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq.
Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir.
Ağıl olmasa, gözəllik bir şeyə yaramaz.
Dünyada yatmaq üçün nə qədər desən, qadın var, amma dərdləşmək üçün tək-tük.
Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin.
Ayaqları olmayan bir uşaq görənə qədər "ayaqqabım yoxdur" deyə kədərlənirdim.
Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm çünki hər ikisində də dostlarım var.
Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır.
Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi.
Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.
Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar.
Həyata dəyər verməyən ona layiq olmamışdır.
Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar.
İşıq saça bilmirsənsə, heç olmasa, işığın qabağını kəsmə.
Həyatdakı ən yaxşı və ən gözəl şeylər, nə eşidilə, nə də toxunula bilən şeylərdir. Onlar ürəklə hissedilməlidir.
Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol.
Dünya onu anlayanlarındır.
Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.
Ədalətsizliyə düşüb bütün insanların sənin arxanca gəlmələrindənsə, ədalətli davranıb tək-tənha qalmağın yaxşıdır.
Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.
Bir millətin əxlaqı dişləri kimidir-çürüdüyü zaman ağrısını hiss edər.
Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən?
Bir insan ölə bilər, millətlər qurulub və ya devrilə bilər amma fikirlər hər zaman yaşayar.
Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür.