Kayıtlar

Səməd Vurğun Şeirləri

Resim
  Böyük şair Səməd Vurğujnun Şeirləri   səməd vurğun şeirləri azərbaycan,səməd vurğun azərbaycan şeiri “Ala Gözlər” şeiri Yenə qılıncını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə, Qələm qaş altında piyala gözlər. Başımdan getmişdi sevdanın qəmi, Xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü, deyin, yenəmi Çəkdiniz sorğuya, suala, gözlər? Sevda yolçusuyam əzəl yaşımdan, Könlüm ayrı gəzir can sirdaşımdan; Dağıdır huşumu alır başımdan Süzülüb gedəndə xəyala gözlər. Gərdənin minadır, boyun tamaşa, Ay da həsəd çəkir o qələm qaşa. Bir cüt ulduz kimi verib baş-başa, Yanıb şölə salır camala gözlər. Mənim sevgilimdir o gözəl pəri, Qoy üzə vurmasın keçən günləri. Mən qədirbilənəm əzəldən bəri, Sizinlə yetmişəm kamala, gözlər. Cahanda hər hökmü bir zaman verir, Dünən dövran sürən bu gün can verir. İllər xəstəsiyəm, yaram qan verir, Siz məni saldınız bu hala, gözlər.

31 Dekabr Həmrəylik gününə aid şeirlər

Resim
31 Dekabr Həmrəylik Gününə həsr olunmuş bir-birindən gözəl 9 şeir Həmrəylik gününə aid şeirlər “Birləşək” şeiri Birləşək! Dünyada güclər birləşib, Qalalar birləşib, bürclər birləşib. Birləşib dünyada dili ayrılar, Torpağı ayrılar, eli ayrılar. Alıblar dünyadan öz haqlarını Behişt eləyiblər torpaqlarını. Birləşsin bizim də məskənlərimiz! Qalaya çevrilsin ürəklərimiz! Birləşsin ən güclü qollar, qələmlər! İrəli atılan dəmir qədəmlər! Birləşsin birləşib qala bilənlər, Birləşsin birlikdə ola bilənlər! Çaylar birləşəndə dənizə dönür! Dənizlər düşmənə qorxunc görünür! Dənizi içməklə qurtarmaq olmaz, Dənizi ölümlə qorxutmaq olmaz! Birləşmək hər yerdə iti silahdır, Bütün haqlılara böyük pənahdır. Birlik günəş dolu dirilik yolu, Xalqın haqq yoludur bu birlik yolu! Müəllif:Söhrab Tahir.

Zəfər Gününə Aid Şeirlər

Resim
  Zəfər günü şeirləri,zefer gunu haqqinda seir,Zəfər Gününə Aid Şeirlər,8 noyabr şeirlər,zefer gunu seiri,zəfər günü haqqında şeir,  1️⃣   BIZ QALIB ÖLKƏNIN VƏTƏNDAŞIYIQ ŞEİRİ ✍  Müəllif: Heydər Ələddinoğlu Müjdə ver ulduza,müjdə ver aya, Bu nə bir xəyaldır,nə də ki röya. Eşitsin kainat,eşitsin dünya Biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hikkəsindən alışıb-yansın, Bu üç rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın Biz qalib ölkənin vətəndaşıyıq. Zaman səhvləriylə batdı günaha, Tarix ümidini verdi sabaha. İtən qürurumuz qayıtdı daha Biz qalib ölkənin vətəndaşıyıq. Sevincdən titrəyir həm göyüm,yerim, Yarıb ürəyimi Sizə göndərim- Siz Ali Baş Komandan,Siz ey əsgərim Biz qalib ölkənin vətəndaşıyıq! 2️⃣ ZƏFƏR GÜNÜN MÜBARƏK ŞEİRİ ✍ Müəllif: Elvin Elxanoğlu İllərlə səbr edib dözdü bu xalqım, Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan, zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər, Tökülən o...

Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri

Resim
Ad Günü Şəkilləri Ad Günün mübarək Şəkilli Ad Günü Təbrikləri  Ad Günü Təbrikləri Şəkilli  Şəkilli Ad Günü Təbrikləri  ad gunu tebrikleri sekilli Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri ad günün mübarək olsun Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri ad günü üçün arzular ad günü üçün mesajlar

Sevgi Haqqında Atalar Sözləri

Resim
  Sevgi sönməz atəşdi. Sevən sevəni tapar. Ağac kölgəsiz оlmaz, insan sevgisiz. Dəniz dalğasız, könül sevdasız olmaz. Dənizdə balıq sevdasız olmaz. Sevgi od deyil, amma oddan yamandı. Sevgi adamı yandırar. Sevən ürək, daim gəncdir. Yaxşılıq açan qapıya, sevgi qonar. Göz gördüyünü sevər. Göz görməsə, könül sevməz. Göz sevəni könül də sevər. Könül sevən göyçək olar. Gec-gec görünən tez sevilər. Gözəl gözəl deyil, könül sevən gözəldi. Oğlum kimi sevsə, gəlinim oldur. Sevəni sevənə ver. Oğlunu sevən gəlnin sevər, qızını sevən kürəkənini. Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. Öz anasını sevən, özgə anasını söyməz. Uşaqları sevməyən heç kəsi sevməz. Sevgini və kasıblığı gizlətmək çətindir. Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni  sevməyəni, şah ola, şahbaz ola. Qonaq sevənin süfrəsi boş qalmaz. Sevənin quluyam, sevməyənin sultanı. Təkəbbürlük eyləyəni Tanrı sevməz. Bir yürəkdə iki sevgi olmaz. İki sevgi bir könüldə olmaz. P...

Müəllimlik haqqında atalar sözləri

Resim
Müəllim ən böyük bağbandır. Atalar Sözü

Mənalı sözlər

Resim
  Həyat Haqqında Mənalı Sözlər Həyat sevməyi, sevgi layiq olmağı, dostluq sadiq qalmağı bilənlər üçündür..   Yaxşı qərarlar təcrübə sayəsində, təcrübə isə pis qərarlardan sonra əldə edilir. Mənim ən ağıllı rəhbərim qəlbimdir. -Honore de Balzac Ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır.- Albert Eynşteyn Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət Heç bir zəfərə çiçəkli yollarla gedilməz. - Jan de Lafonten Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. - Louis Stevenson Analar, hər şeyi görməsələr belə ürəkləriylə eşidərlər.  Mənalı Sözlər 2026 Mənalı Sözlər 2026 Hər gün Allahın sənə baxş etdiyi yeni bir hədiyyədir. Qədrini bil! Dərd sizi daha güclü, qorxu daha cəsur, qırıq qəlb isə daha kamil edər. Xatirələr yaşlanan beyinlərin söykəndikləri əsadır. - Cənab Şəhabəddin Xəyal gücü olmayan insanların qanadları yoxdur. - Məhəmməd Əli Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır. Göz yaşları iztirabın səssiz təzahürüdür. - Volte...